ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini istefa verib

 

ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini Saymon Henşou istefa verib.

“Report” xəbər verir ki, bu barədə diplomatın öz həmkarlarına yazdığı elektron məktuba istinadən "Reuters" məlumat yayıb.

O öz postunu bir neçə gündən sonra tərk edəcək.

Henşounun sözlərinə görə, onun gedişi qaçqınların ölkəyə girişini məhdudlaşdıran ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı deyil. Diplomat bu addımını hər iki-üç ildən bir iş yerini dəyişmək vərdişinin olması ilə izah edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar