Bakı metrosundan istifadə edənlər üçün yeni onlayn xidmət

Android əməliyyat sistemi üzərindən işləyən cihazların sahibləri Bakı metropoliteninin interaktiv xəritəsindən istifadə edə biləcəklər.

Bu barədə Trend-ə layihənin rəhbəri Şamxal Bayramov deyib.

Onun sözlərinə görə, müvafiq proqramın ilkin versiyası Play Market-də yerləşdirilib.

“Tədbiq Rusiyanın “Yandeks.Metro” proqramının funksiyalarına malik olacaq, bu da nəqliyyatda qedişi planlaşdırmağa, yola sərf edilən vaxtı hesablamağa və optimal marşrut seçməyə imkan yaradacaq. Hələlik mobil tədbiqin cari versiyası informativ xarakter daşıyır, lakin növbəti yenilənmədən sonra proqram interaktiv olacaq və ona yeni funksiyalar əlavə ediləcək”,-deyə layihə rəhbəri bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar