Türkiyə Aİ ilə əməkdaşlığın şərtlərini açıqladı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ankara Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq şərtlərinin konturlarını elan edib. Şərtləri Türkiyənin Avropa İttifaqı ilə iş üzrə naziri Ömər Çelik səsləndirib («Anadolu»).

«Heç kimin haqqı yoxdur ki, Türkiyəyə «ikinci sinif ölkə» statusu təklif etsin» - deyə, Çelik bəyan edib.

Nazir qeyd edib ki, qeyri-leqal miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlığın qaçılmaz olduğu hallarda Türkiyəni yalnız «qaçqınlar üçün düşərgə» kimi qəbul etmək olmaz: «Türkiyəni həm də terrorçuluqla mübarizədə yalnız hərbi qərargah qismində qəbul etmək olmaz. Türkiyəni - dövlət kimi qəbul etmək lazımdır» - deyə, nazir bəyan edib.

Bundan əvvəl, yanvarın 12-də Avropa Komisiyasının (AK) sədri Jan-Klod Yunker bəyan edib ki, «türmələrində jurnalistlər yatdığı qədər də» Türkiyə, Avropa İttifaqından uzaqlaşmaqda davam edir. Avropa İttifaqı Türkiyədən özünün sərt antiterror qanunvericiliyinə yenidən baxmağı tələb edir (Bu şərt, mahiyyət etibarilə, qatı cinayətkara aman diləmək kimi bir rüsvayçı davranışdır! - red.). Türkiyə isə öz növbəsində, bu şərti yerinə yetirməkdən imtina edir və eyni zamanda, israr edir ki, Aİ vizasız gediş-gəliş üzrə öz öhdəliyini yerinə yetirsin, əks təqdirdə, miqrasiya üzrə sazişi birtərəfli qaydada ləğv edəcəyi ilə hədələyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar