CAR ABŞ-dakı diplomatını geri çağıracaq

Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq münasibətlər və əməkdaşlıq departamenti yanvarın 15-də ABŞ-dakı diplomatik təmsilçisini geri çağıracaq.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün yayılan bəyanatda bildirilir ki, CAR hakimiyyəti bu addımı ilə ABŞ prezidenti Donal Trampın Haiti, Salvador və bir sıra Afrika ölkələrini "zibil çuxuru" adlandırmasına etirazını ifadə edəcək.

Sabah ABŞ-ın CAR-dakı müvəqqəti işlər vəkilinə etiraz bəyanatı da təqdim olunacaq. CAR Beynəlxalq münasibətlər və əməkdaşlıq departamentinin bəyanatında vurğulanır ki, CAR və ABŞ, o cümlədən digər Afrika ölkələri ilə ABŞ arasında münasibətlər qarşılıqlı hörmət və anlaşmaya əsaslanmalıdır.

Qeyd edək ki, D. Tramp bir qrup demokrat və respublikaçı senatlar görüşündə Haiti, Salvador və bir sıra Afrika ölkələrini "zibil çuxuru" adlandırıb və bu ölkələrdən miqrantların ABŞ-a gəlməsinin arzuedilməz olduğunu söyləyib. ABŞ-ın CAR-dakı müvəqqəti işlər vəkilinə də etiraz bəyanatı təqdim olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar