ABŞ Suriyada 30 minlik PYD/YPG ordusu yaratmaq niyyətində olduğunu açıqlayıb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG təşkil edəcək 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışır.

APA-nın Türkiyənin NTV telekanalına istinadla verdiyi məlumata görə, bunu bu gün ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil bildirib.

Açıqlamada bildirilib ki, koalisiyanın suriyalı müttəfiqlərlə yaradacağı bu qüvvənin missiyası İraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi.

ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib.

635x100

Şərhlər

Taliw 2018-01-14 19:40:57

pay senin zatina zad olsun abw, adama deyeller senin iwin gucun yoxdur,gunde bir hoqqa cixarirsan, IWID mehv oldu indi bunu atmisan ortaya? Bolgenin oz deovletleri var onlarin oz serhedi qoruyacaq ordulari sen kimsen axi?!

Müfəttiş 2018-01-14 19:40:57

Türkiyə üçün bundan pisini təsəvvür etmək olmaz. Bunun bir səbəbi Amerikanın regionda vəziyyətə müdaxiləsidirsə, digər səbəbi Rusiya Türkiyə dınaqarası qardaşlığıdır. Ərdoğanın antiqərb siyasəti, qardaş ölkəyə yaxşı heç nə vəd etmir.

Son yazılar