"Ermənistanda 10 gündən sonra qiyam olacaq" - Levon Şirinyan

Erməni politoloqu Levon Şirinyan bildirib ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan prezidentlikdən getdikdən sonra baş nazir kreslosunu tutmaqla hakimiyyəti yenə öz əlində saxlamağa çalışır.

Virtualaz.org-un məlumatına görə, o bunu Yerevan nəşri "Lraqir"ə verdiyi müsahibədə deyib.

O, Ermənistanı gözləyən kataklizmlərə də toxunub. "Biz elə bir vəziyyətdəyik ki, kataklizmlər ən gözlənilməz formada və istənilən vaxt gələ bilər… İnsanlar bahalaşmaları hiss etmirlər, çünki hələ yeni il ehtiyatları tükənməyib, amma hakimiyyət də əbəs yerə artıq indidən müzakirələrə başlamayıb. 10 gündən sonra insanlar hər şeyi öz üzərlərində tam hiss edəcəklər və onda qiyam da ola bilər. Əgər "Yelk" (müxalif parlament partiyası – red.) aksiyaları təşkil edə bilsə, onda proseslər artan xətt üzrə gedə bilər".

"Bizim ölkəmiz institusional şəkildə inkişaf etmir, o, oliqarxlar, psevdoziyalılar və ola bilsin, hərbi rəhbərlik tərəfindən idarə edilir", -deyə Şirinyan davam edib.

Erməni eksperti əmindir ki, Ermənistanda istənilən sosial hərəkət və hərəkat hər an siyasi müstəviyə keçə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar