Bakıda ahıl kişini avtomobil vuraraq öldürüb

Bakıda ahıl kişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Zabrat qəsəbəsində yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Mirzəyev Qənbər Əli oğlunu minik avtomobili vurub. Q.Mirzəyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib. Sürücü saxlanılıb.

Araşdırma aparılır.

635x100

Şərhlər

yusif 2018-01-14 22:07:19

allah rəhmət eləsin..qalanları qorusun bu yol terrorundan.. ahıllıq 75 yaşdan sonra başlayır..45 yaşlını da son vaxtlar mətbuatda ahıl kimi təqdim edirlər, bu yanlışdır..

Son yazılar