"Liverpul" "Mançester Siti"ni məğlub edib" - İngiltərə Premyer Liqası

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində "Liverpul" "Mançester Siti"ni qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə başa çatıb.

"Liverpul"un heyətində Aleks Oksleyd-Çemberlen (9-cu dəqiqədə), Roberto Firminqo (59-cu dəqiqədə), Sado Mane (61-ci dəqiqədə) və Məhəmməd Salah (81-ci dəqiqədə) fərqləniblər.

"Mançester Siti"də isə Leroy Sane (40-cı dəqiqədə), Bernardo Silva (84-cü dəqiqədə) və İlkay Gündoğan (91-ci dəqiqədə) topları rəqib komandanın qapısından keçiriblər.

Bununla da "Mançester Siti" İngiltərə Premyer Liqasının 2017/18 mövsümündə ilk məğlubiyyətə uğrayıb. "Şəhərlilər" son dəfə 2017-ci ilin 5 aprelində "Çelsi"yə məğlub olublar.

"Mançester Siti" 23 turdan sonra turnir cədvəlində 63 xalla birinci yerdə, "Liverpul isə 47 xal toplayaraq üçüncü yerdədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar