MİRŞAHİN YENİ TELEKANAL AÇIR - Komandasında kimlər var?

Ləman Ələşrəfqızı, Azadə Balayeva, Afət Telmanqızı...

mirshahinİki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır. “Qafqazinfo”ya daxil olan məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb.

Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.

Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.

Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.

Mili Televiziya və Radio Şurasının (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev Modern.az-a deyib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur:

“Televiziya açılması üçün MTRŞ-ya müraciət edilməlidir. Əgər regional kanallardan, yaxud ölkə yayımçılarından söhbət gedirsə, müvafiq boş tezliklər olmalıdır. Həmçinin, müvafiq qaydada müsabiqə elan olunmalıdır. Müsabiqəyə sənədlər qəbul olunaraq, nəticələri elan olunmalıdır. Nəticədə isə lisenziya verilməlidir. İnternet televiziyasıdırsa, bu, bizlik məsələ deyil”.

MTRŞ-nın bu açıqlaması yeni telekanalın internet üzərindən yayımlanacağını deməyə əsas verir. Əgər məlumat doğrudursa...

635x100

Şərhlər

oxuci 2018-01-15 11:05:26

Bircə Aytəkin Alxaslıya iş olsun.mən onun fanatıyam,əsil jurnalistdi.

zaur 2018-01-15 11:05:26

... TV-YƏ UĞURLAR !!!

t.ədalət 2018-01-15 11:05:26

"Axan suda bir dəfə çimmək olur"-deyirlər. Əvvəlki "hay-küyü" geri qaytarmaq çətindir.ANS-çilərin yenidən ekrana dönüşü urranmış bostanda çürük qarpız axtarmaq qədər enəcək.Bəlkə də təzədən ekran sevdasını yaşamaq heç gərək deyil..

G.M 2018-01-15 11:05:26

ANS -in yoxluğu KİV müstəvisində bir boşluq yaradıb.Cəmiyətdə ANS- güvənc hissi var idi.Vətəndaş ANS-i qınayırdı,ondan çox şeylər umurdu ,bəzən ``küsürdü``.İndi isə zaurların,xoşqədəm və bunlar kimi bayağı şoular müəlliflərinin meydan suladığı özəl kanallar haqqında heç nə demək olmur.ANS efirlərdə olanda digər özəl kanallar görünməz olurdu.Mirşahinə uğurlar arzu edirəm.

Amon 2018-01-15 11:05:26

Bu mirsahini umumiyyetle televiziyadan uzaqlasdirmaq lazimdi imkna varsa zaur kamalida

Çinğiz 2018-01-15 11:05:26

ğörən yenə əqidədə dəyişiklik edəcək?

AAgahuseyn 2018-01-15 11:05:26

Doqrudan da ANS-in yeri ğörünür.Orada peşəkarlar və təmiz jurnalistlər cox idi.Bəli A.Alxaslı indiki özəl TK-a nümunədir belələrini gündüz cıraqla tapmazlar onlar.TƏBRİK EDİRƏM.

alı 2018-01-15 11:05:26

Əgər Mirşahim TV açmaga nail olacaqsa əmin olun ki, ANS-in baglanmasi Mirşahinin başinin altindan çıxmış yaxud onunla raılaşdırılmış bir oyundur.Azərbaycan jurnalistikasinda Mirşahinə dəqiqliyi ilə AKADEMİK qiymət verilən 2-ci şəxs taniyirsinizmı? .....Mirşahin cixişlarindakı qədər qarışıq, qəliz, anlaşilmayan yönü yörəsi bilinməyən-yəni istənilən anda istənilən ..... daşımaga hazır birisidir.

vetendas 2018-01-15 11:05:26

Dehset, bu adam terroru, cevrilisi destekledi yene ona TV acmaga icaze verilir.Onda niye ANS-i baglayirdilar? Ans-i onsuz da bu sexs idare edirdi.Yene de guclenib basqa ... destek olacaq...

ATALAR SÖZÜ 2018-01-15 11:05:26

XORUZ YOXUYDU SƏHƏR AÇILMIRDI!

ilqar 2018-01-15 11:05:26

ali duzgun cavab ucun sax olun

NURəddin 2018-01-15 11:05:26

ADAMI QAPIDAN QOVURLAR PƏNCƏRƏDƏN SOXULUR. GÖRƏSƏN, HEÇMİ İNSANDA HƏYA OLMAZMIŞ? BÜTÜN ABIRDAN DÜŞƏNDƏN SONRA, HAMININ QARŞISINDA ALÇALANDAN, HAMIYA NÜMAYİŞKARANƏ ŞƏKİLDƏ DİZ ÇÖKÜB YALVARANDAN SONRAMI NAİL OLDUN İSTƏYİNƏ? YƏNİ KİFAYƏT QƏDƏR SƏNİ ÖZLƏRİNƏ YALVARTDILAR. AXIR Kİ,YALVARIŞLARININ QARŞILIĞINDA SƏNƏ SƏDƏQƏ VERƏN TAPILDI. VƏ SƏN BUNDAN ARTIĞINA LAYİQ DEYİLSƏN. ÖZÜN BİLİRSƏN. ARTIQ TƏRS ÜZÜNƏ ÇEVRİLMİSƏN.ASTARIN HAMIYA MƏLUMDUR. ƏVVƏLKİ QƏDƏR ÇÖVLAN EDƏ BİLMƏYƏCƏKSƏN.RƏİSİN KİM OLURSA OLSUN.

Millet 2018-01-15 11:05:26

Eger lider xezer atv aztv spes ictimayet dünya ve medenyet kanalları kimi yaltaqlanıb hefte bir cerşemde iki bu hakimyeti terifleyecekse bu kanalın ugru xeyir olmasın yox xalqın haqq sesni deyib memmed emin resulzade ve neriman nerimanovun şeklini yerleşdirse onda ugru xeyir olsun

Son yazılar