“Dövlət İsa Qəmbərin müalicəsinə dəstək verə bilər” - Siyavuş Novruzov

"Əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək”.

"AzPolitika.info" xəbər verir ki, bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

İ. Qəmbərə şəfa dilədiklərini, can sağlığı arzuladıqların bildirən S. Novruzov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu ölkə vətəndaşlarının müalicəsi, həmçinin xaricdə müalicəsinə ehtiyac olan zaman müvafiq dəstəyin göstərilməsi ilə bağlı addımlar atır: "Kimliyindən asılı olmayaraq, müraciət edən bütün Azərbaycan vətəndaşlarına - istər incəsənətdə, istər siyasətdə, istər digər sahələrdə çalışan şəxslər olsun - müvafiq dəstək göstərilir. İsa Qəmbər də Azərbaycan vətəndaşıdır. Onun müalicəsinə dəstək verilməsinə ehtiyac olacaqsa, dövlət bu sahədə hər cür dəstək verəcək”.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə ürəyində yaranmış problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun ürəyinə stentlər qoyulub, hazırda həkim nəzarətindədir.

635x100

Şərhlər

Oqtay 2018-01-15 14:36:55

OLMAZMI ÖLKƏ VƏTƏNDAŞLARINA ÖLKƏNİN ÖZÜNDƏ PULSUZ MÜALİCƏ OLUNMAĞA ŞƏRAİT YARADASINIZ BİRDƏ BU TİBBİ SIĞORTA SÖHBƏTİNİ YEKUNLAŞDIRASINIZ HƏR İL YALANDAN SÖZ VERİRSİNİZ ORTADA BİR İŞ YOXDUR

Akif 2018-01-15 14:36:55

ir partiya funksionerinin dövlət adından danışması nə qədər məntiqlidir? O öz partiya üzvlərinin cinayətləri,paetiyanın fəaliyyəti haqqında doğru məlumat verə bilsə bu doğru olar.o

2018-01-15 14:36:55

Siyavuş Novruzaovun “Əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək” deməsindən belə başa düşülür ki, onlar bir cəbhənin və yaxud da bir komandanın adamıdırlar. Təbrik edirik.

ZAUR 2018-01-15 14:36:55

ƏLİ KƏRİMLİ İNFARKT OLSAYDI ONUN MÜALİCƏSİNƏ DÖVLƏT DƏSTƏK YOX QARABAŞŞAQ VERƏCƏKDİ.

miri 2018-01-15 14:36:55

Bir dövlətinki adindan Siyavuş danışa,o dəstəyi qəbul etmək günahdır.

Abit 2018-01-15 14:36:55

Dünene kimi İsanı elebil men söyürdüm.Yerde qalan adam deyilmi?

vetendas 2018-01-15 14:36:55

. Jurnalistlere ev verib aqizlarin tikdiz, I.Qenberi pulla mualice eletdirib ya diriltmek, ya da mualice adi ile o......k isteyirsiz. Bes malini yeyib hezmi irazdan cedirdiyiniz xalqa kim komek edecek?????????????????

talişi 2018-01-15 14:36:55

bu dovlətin də siyasətindən bas acmaq olmur. muxalifəti ya dusmən movqeyində ya da əziz dostundan yaxin tutur. adam caş qalib hara baxsin.vətən ucun canindan kecən səhid ailəsinin adi şikayətinə baxan yox, amma bu nəmunasibət ya7777

Son yazılar