«Nüvə müharibəsinin başlanacağından ehtiyatlanıram» - Roma Papası

papa«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Roma Papası Fransisk nüvə müharibəsinin başlanacağından ehtiyatlandığını bəyan edib.

«Bəli, mən gerçəkdən qorxuram. Biz, uçurumun kənarında dayanmışıq. Bircə insident kifayətdir ki, müharibə başlansın. Və belə addımdan sonra situasiya «dağılmaq» riski altına düşür. Odur ki, silahları məhv etmək lazımdır, nüvə silahından imtina etmək üçün səylər göstərmək lazımdır» - deyə, Roma və Santyaqoya uçarkən Papa təyyarənin göyərtəsində jurnalistlərə bəyan edib.

Papanın göstərişi ilə qatarda onu müşayiət edən jurnalistlərə Yaponiyanın Naqasaki şəhərində nüvə partlayışından (1945) sonra çəkilmiş şəkillər paylanıb. Şəkillərin arxa tərəfində Fransisk yazıb: «Müharibənin məhsulu».

Bazar ertəsi papa Fransisk Romadan Santyaqoya uçub. O, Çilini və Perunu ziyarət edəcək. Onun Vatikana dönüşü yanvarın 22-ə planlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar