SOCAR MƏNSİMOVUN 14 GƏMİSİNİ MÜSADİRƏ ETDİ - Qalanlarına qadağa qoydu

İstanbulda mənzillənən və müflisləşmə ərəfəsində olan “Palmali” şirkətinin tankerlərinə SOCAR-ın terminallarına və limanlarına yan almaq qadağası qoyulub. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin “Deniz Haber” portalı məlumat yayıb. Habelə Rusiyanın “Lukoil” şirkəti də “Palmali”ni qara siyahıya daxil edib və şirkətlə neft daşımalarına dair müqaviləni dayandırıb.

Sayt yazır ki, Mübariz Mənsimovun dünyanın ən iri neft şirkətlərindən olan SOCAR və “Lukoil” şirkətləri ilə münaqişəyə girməsi, onların əleyhinə məhkəmə iddiaları qaldırması nəticəsində “Palmali Denizçilik” şirkəti batmaq üzrədir.

Bildirilir ki, bundan əvvəl “Palmali” şirkəti SOCAR-a olan yüz milyonlarla dollar borcunu ödəyə bilmədiyinə görə Mənsimovun 14 tankeri SOCAR-ın mülkiyyətinə keçib. SOCAR özünə həmin tankerlərdən ibarət donanma qurub və neft daşımalarını həyata keçirməyə başlayıb. Habelə “Palmali”nin Türkiyədəki bəzi turizm aktivləri borcların əvəzində SOCAR-a keçib.

Mənsimov isə aktivlərini geri almaq üçün SOCAR-ın əleyhinə beynəlxalq məhkəmələrdə iddia qaldırmaqla hədələyib. Bu təhdidlərdən sonra Mənsimovla SOCAR arasında münasibətlər tamamilə korlanıb. SOCAR rəhbərliyi şirkətin nəzarətindəki terminallarla və neftayırma zavodlarına “Palmali”nin tankerlərinin daxil olmasını qadağan edib.

Sayt onu da xatırladır ki, Rusiya Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi tərəfindən “Palmali” şirkətinin bu ölkədəki törəmə şirkətinə qarşı iri məbləğdə vergi gizlətmə şübhəsi ilə təhqiqat aparılır.

Qeyd edək ki, bir müddət öncə "Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verib və 2 mlrd. dollar məbləğində təzminat tələb edib.

635x100

Şərhlər

Abit 2018-01-15 18:09:25

Ali qardaş narahat olma nece saxlayıb ele de qaytaracaq.Yazdıqların lezzet edir.Növbe onlarada çatacaq...

alı 2018-01-15 18:09:25

Başqalarindan fərqlı olaraq BİZİMKİLƏR evdəkilərin ŞİRİ PƏLƏNGİ çöldəkilərin KÖLESİDİR.Mübarizi tanimasam da 1-cə dəfə İstanbulda çətinə düşmüş ogluma görə kömək istədim məktubum cavabsiz qaldı.....Ölkəmizə təkcə Mübariz borcludusa düz eləyiblər.Yəqin Gürcüstandakı erməni kilsəsinə havayı qaz verməyə pul tapmırlar ona görə....

Lissabonu 2018-01-15 18:09:25

Ali bey fikirlerinize qatiliram. Mubarizin diger biznesmenlerden hec bir ferqi yoxdu. Sadece yaxsi imic formalasdirib. Bizim de yaxinlaromiz ve bir nece tanidigim adam komek ucun yazmisdi Palmaliye Hec ne neticesi 0. Yeni yalandan Padilla xalqima corek verirem zad men gormemisem. Yeri gelmiaken Mubariz ele Socar rehberile dost idi

Əhməd 2018-01-15 18:09:25

Ay qardaş Palmali şirkəti Lukoil şirkətini aralarında bağlandığı müqavilənin icra olmunmaması (lukoildə müqavilənin icra etməməsinin səbəbi putinin apardığı militarist siyasətdi, yəni şirkət beynəlxalq sanksiyalara məruz qalıb) səbəbindən beynəlxalq iqtisad məhkəməsinə (maddi zərərə uğradığı üçün) verib. Buda putinin gic siyasətini dəstəkləyən başı xarab rus matruşkalarını qızışdırıb özlərindən şırkəti qaralamaq özündən feyk xəbərlər uydurlar. Bu xəbəri Azərbaycanda uyduran Eynullanın saytıd, Türkiyədə isə rusların agenti olan avrasiyaçı Perinçekin tərəfdarlarıdı. Sokar Palmalinin gəmilərini necə həbs edə bilər, Palmali beynəlxalq səviyədə tanınmış sadəcə dəniz daşıyıcısı şirkətidir. Yəni Türkiyədə Pekimdən Socarın razılığı ilə satılan ixrac edilən nefti a ünvanından b ünvanına daşımaqla iş görür və bununla pul qazanır. Daşımaya Socarın nə adiyyəti. Palmali bugun sabah məhkəmədə udacaq və ruslar nə qədər çalışsalarda yerli agenturasını qışqırtsalarda böyük miqdarda cərimə məbləğini ödəyəcəkdir. Vəssalam.

Hacı Nuh 2018-01-15 18:09:25

Bakı dünyanın mətbu-şou mərkəzinə çevrilib! ÖzƏl KAPİTALİZMə hədsiz önəm verən dövlətin Neft-qaz hasilatçısı SOCAR, Hərbi Dəniz Donanması kimi Rusiya neftinin də satış ortağı olmuş "Palmali" şirkətinin 14 gəmisini birdən müsadirə edir!?...........

Son yazılar