"FAZİL MƏMMƏDOV GÜLƏŞÇİLƏRİ NƏZARƏTDƏ SAXLAYIR" - Federasiyanın I vitse-prezidenti
Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Federasiyanın rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalar fevralın 1-dək cari ilin ilk təlim-məşq toplanışında iştirak edəcəklər. Toplanışa Qazaxıstan və Ukrayna sərbəst güləş yığmaları da qoşulub.
Təlim-məşq toplanışlarının artıq başladığını deyən I vitse-prezident güləşçilərin məşq proseslərindən maksimum yararlanmalı olduqlarının vacibliyini bildirib: "Bizim, məşqçilərin və idmançıların üzərinə düşən ən vacib məsələ hazırlıqları ən yüksək səviyyədə davam etdirmək və qələbələr qazanmaqdır. Güləşçilər özləri də fiziki və taktiki hazırlıqlarının artırılması üçün məşq proseslərindən maksimum faydalı istifadə etməyə çalışmalıdırlar. Hər bir yığma üzvünün qələbə potensialı var. Sadəcə, əzmlə çalışıb mövcud potensialı ortaya qoymaq lazımdır".
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.