İsrail hərbçiləri bir fələstinlini güllələyərək öldürüb

İordan çayının Qərb Sahilində İsrail hərbçiləri ilə toqquşmalar zamanı bir fələstinli ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Fələstin torpaqlarında etiraz dalğası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarına cavab olaraq başlayıb və artıq bir aydan çoxdur ki, davam edir.

"24 yaşlı gənc fələstinli Kalkinyi şəhəri ərazisində İsrail hərbçiləri ilə toqquşmalar zamanı güllələnib", — deyə nazirliyin məlumatında bildirilir.

Daha bir fələstinli başından güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onun həyatı təhlükədədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar