Yunanıstanın paytaxtında polislə nümayişçilər arasına toqquşmalar baş verib

Yunanıstanın paytaxtı Afinada polislə nümayişçilər arasına toqquşmalar baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölkə parlamentinin yaxınlığında toplaşan etirazçılar tətil hüququn məhdudlaşdırılması da daxil olmaqla, bir sıra qanun paketinin qəbul edilməsinə qarşı çıxış ediblər.

Nümayiş iğtişaşlarla nəticələnib. Aksiya iştirakçıları polisə daş və fişənglər atıb. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar