«Rusiya, Ukraynanın bütövlüyünə hörmət edir, amma Krımsız» - Lavrov

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib ki, ölkəsi Ukraynanın ərazi bütövlüyünə hörmət edir, amma Krımsız.

Bundan əvvəl «Vahid Rusiya» fraksiyasından olan deputat Konstantin Zatulin ölkələr arasında dostluq, əməkdaşlıq və həmkarlıq haqqında Müqaviləni nümayiş etdirmək təklifi ilə çıxış edib. Belə ki, sənəddə bir-birinin sərhədlərinin qarşılıqlı tanınması barədəki bənd dəyişdirilməlidir.

Lavrov cavab verib ki, «biz, Ukraynanın ərazi bütövlüyünə Krımın Rusiyaya birləşməsindən sonra yaranmış sərhədlər daxilində hörmətlə yanaşırıq».

Bununla belə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Krımdakı hərbi gəmiləri və aviatexnikanı Ukraynaya qaytarmağa hazırdır.

Ukrayna silahlı qüvvələri (SQ) hərbi-dəniz qüvvələri komandanı, admiral İqor Voronçenko bu bəyanatı şərh edib. Onun sözlərinə görə, Putinin sözləri ciddi şəkildə öyrənilmə tələb edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar