Goranboyda tapılmış 104 yaşlı çeçen qadınından xəbər - İordaniyada yaşadığını iddia edir

Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana aparılaraq orada sığınacağa yerləşdirilib.

AzVision.az xəbər verir ki, M.Əliyeva Naursk rayonunun Alpatovo kəndində sığınacaqda saxlanılır.

Yerli telekanalların sığınacaqdan hazırladığı reportaj zamanı yaşlı qadın bundan əvvəl İordaniyada yaşadığını iddia edib. Qadının rabitəsiz danışığı diqqət çətib. O, gah rus dilində, gah da çeçen dilində danışıb. Sözsüz ki, reportajda M.Əliyevanın İordaniyada yaşamasının inandırıcı olmadığını vurğulanıb.

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində 104 yaşlı çeçen əsilli Mədinə Əliyeva Goranboy rayonunda tapılıb. Qadının bildirdiyinə görə, onu Kərbəla adı ilə Goranboya gətiriblər. Daha sonra o, Azərbaycanın Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar