MİKAYIL CABBAROV YENİ MÜŞAVİRLƏR TƏYİN ETDİ - Adlar

Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov özünə 3 yeni müşavir təyin edib.

“Report” xəbər verir ki, bununla da onun müşavirlərinin sayı 5-ə çatıb.

Məlumata görə, yeni müşavirlər Orxan Nəzərli, Abdulla Tağıyev və Xəqani Abdullayevdir.

Qeyd edək ki, X.Abdullayevin təyinatı ilə bağlı ötən həftə məlumat yayılmışdı.

Əlavə edək ki, M.Cabbarov bundan əvvəl Camal Qasımov və Elnur Əliyevi özünə müşavir təyin etmişdi.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

635x100

Şərhlər

Fuad 2018-01-16 11:58:41

Mikayıl təhsili düzəltdi indi də gəlib vergini düzəldə.

2018-01-16 11:58:41

Hörmətli Cənab Nazir ! Dövlətimizi,xalqımızı və cənab Prezidentimizi qəlbən seviriksə, Səhmdarların ailə şəraitlərinin yaşayış tərzini nəzərə alaraq "Şəki - Bazar" ASC -də hökm sürən özbaşnalıqlara birdəfəlik son qoymaq üçün Xronometraj yolu ilə yoxlama aparılmasına sərəncam verməyinizi sizdən xahiş edirik. Səhmdar Cəmiyyətinə qanunsuz olaraq Direktor vəzifəsinə "Mollalıqla" məşğul olan,təhsilsiz Eldəniz adlı şəxsi,Baş mühasb vəzifəsinə isə"Dəmirçiliklə" məşğul olan Səmayili təyin ediblər.Cəmiy.n.g

G.M 2018-01-16 11:58:41

Qaldı Vergi sistemindən başı çıxan kadrların təyin olunması.Məncə TN -də,Məktəblərdə fond pulu yığanları da Departament sədri vəzifələrinə təyin edəcəklər.Bundan sonra MSK -nın qara günləri başlayacaq.Seçki məntəqələrində ``qayda-qanun`` yaradan müəllimə kadrlar tapmayacaqlar.

2018-01-16 11:58:41

Dövlətimizin,xalqımızın və öz xidmətlərimizlə cənab Prezidentimizin etimadını doğrultmaq istəyiriksə gəlin qanunun aliliyinə riayət edək.Vergi Dövlətin bel sutunudur.İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.Ulu Öndərimizin qiymətli kəlamını əldə rəhbər tutaraq Şəki-Bazar ASC-də uzun illərdir ki, ildə 500-600 min manat vergidən yayınmasına baxmayaraq Vergi Nazirliyinin əməkdaşları göz yumublar,bu gündə göz yumulur..? Bazarın gəlirini dəqiqləşdirmək üçün Xronometraj yolu ilə yoxlama aparılmalıdır...?

Son yazılar