SABİQ NAZİR YEZNƏSİNƏ MİLYONLARI NECƏ QAZANDIRIB? - "İş adamlarını məcbur edib..."

Namiq Quliyevin oğluna məxsus  “CASPEL” MMC-nin taleyi qaranlıqdır

Keçmiş vergilər naziri Fazil Məmmədov vəzifəsindən çıxarılandan sonra onun nazirlikdə yüksək vəzifələrə çəkdiyi yaxınları, qohumları da işdən alınıb. Bunlar arasında təzə qohum olduğu müavini Namiq Əliyev, qrup yoldaşları, həmçinin bacısının əri olan Namiq Quliyev də var.

Qeyd edək ki, F.Məmmədov bir qayda olaraq yaxın çevrəsində olan şəxsləri nəinki Vergilər Nazirliyində işə götürməklə kifayətlənib, həmçinin onlara yüksək vəzifələr, bəzən vəzifəni aşan səlahiyyətlər verib. Belələrindən biri də yeznəsi Namiq Quliyevdir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyən Namiq Quliyev ötən ay vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, N.Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində birinci müavin vəzifəsində işləyib. Daha sonra  F.Məmmədov onu özünə vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşavir təyin edib. Elə bu vəzifədə işlədiyi dövrdə də nazir qaynı onu ali dövlət mükafatı almağa namizədlərin siyahısına salıb. Nəticədə 2015-ci ilin sentyabrında dövlət başçısının sərəncamı ilə ona 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib. 2016-cı ilin fevralında isə F.Məmmədov yeznəsini müşavirlikdən azad edərək yenidən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna təyin edib. Bununla da adı çəkilən departament rəisinin müavinlərinin sayı 3-ə çatıb.

“CASPEL” MMC ile ilgili görsel sonucu

N.Quliyev nazir qaynının “səxavətindən” yalnız fəxri ad almaq üçün yararlanmayıb. Belə ki hələ ad almazdan 4 il əvvəldən - 2011-ci ildən N.Quliyevin oğluna məxsus olduğu deyilən “CASPEL” MMC-nin gətirdiyi nəzarət-kassa aparatları və POS terminalları vergi ödəyicilərinə məcburən satılıb.

“Yeni Müsavat”ın həmin vaxt əldə edərək ictimailəşdirdiyi sənədlərdən aydın olur ki, 15 noyabr 2011-ci il tarixdə Vergilər Nazirliyində nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının iclası keçirilib. İclasın 48 nömrəli protokoluna görə, komissiyaya vergilər naziri Fazil Məmmədov sədrlik edib. İclasın gündəliyində dayanan məsələ nəzarət-kassa aparatlarının yeni modellərinin dövlət reyestrinə daxil edilməsi olub. Sadə dillə desək, komissiya vergilər naziri Fazil Məmmədovun bacısı - yəni N.Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “CASPEL” MMC-nin ölkəyə gətirdiyi kassa aparatlarının satışını təşkil etmək üçün qərar verib.

“CASPEL” MMC ile ilgili görsel sonucu

Qərarı əks etdirən protokolda göstərilir ki, “4613-XXX” tipli İBM POS terminalının və “Mini-T 400 ME” markalı nəzarət-kassa aparatları qüvvədə olan texniki tələblərə cavab verdiyi üçün  “Ticarət, iaşə, xidmət və digər fəaliyyət sahələrində əhali ilə nağd hesablaşmaların aparılmasında tətbiq olunan nəzarət-kassa aparatlarına Texniki Tələblər”in 2-ci bəndində nəzərdə tutulmuş 3-cü qrup kompüter uçot sistemli aktiv nəzarət-kassa aparatları qrupuna aid edilib.

İclasda F.Məmmədovun özü də çıxış edib. Yekun qərarda göstərilir: “”4613-XXX" tipli İBM POS terminalının əhali ilə nağd pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən bütün obyektlərdə, o cümlədən yanacaqdoldurma məntəqələrində, “Mini-T 400 ME” markalı nəzarət kassa aparatlarının isə yanacaqdoldurma məntəqələri istisna olmaqla əhali ilə nağd pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən digər bütün obyektlərdə tətbiqinə icazə verilsin".

Elə bu “icazə”dən sonra iş adamlarının qara günləri başlayıb. Onların hamısı  “CASPEL” şirkətinin satdığı kassa aparatlarını almağa məcbur ediliblər. Sahibkarlara açıq bildirilib ki, şirkət vergilər nazirinin bacısı oğlunundur, kim o aparatları alıb quraşdırmasa, vəziyyəti pis olacaq. “4613-XXX” tipli aparatın öz qiyməti 1980 manat, quraşdırılma xərci isə 520 manat təşkil edib. Beləliklə, bir kassa üçün sahibkarlardan 2500 manat alınıb. Yanacaqdoldurma məntəqələrindən isə tələb edilib ki, hər kolonkaya bir aparat qoyulsun. Yəni YDM-də 4 kolonka varsa, onun sahibi 4 aparat almalı, 10 min manat pul ödəməliydi. Hansı ki, kassa aparatlarının satışı ilə məşğul olan digər 20-dək şirkət bu aparatları 240 manata satırdılar.

Fazil Məmmədov ile ilgili görsel sonucu

“Mini-T 400 ME” aparatını isə sahəsi 50 kvadratmetrə qədər olan obyektlərə qurşadırmağı tələb ediblər, onu “CASPEL” 700 manata satıb. Başqa kassa aparatı satan şirkətlər isə analoji cihazı 150 manata satırdılar. Maraqlı burasıydı ki, “Mini-T 400 ME” aparatının istifadəsi istehsal olunduğu Rusiyada 2006-cı ildən qadağan edilmişdi.

Beləliklə də, Azərbaycana kassa aparatı gətirən 20-dək iş adamı müflis olundu, bütün bazar verildi F.Məmmədovun yeznəsi və bacısı oğlunun nəzarətinə. Bu alverdən sabiq nazir və qohumları onlarla milyon manat qazanc əldə etdilər. Sahibkarlar isə bir qədər itirdilər.

Onu da qeyd edək ki, “CASPEL” MMC qeyd olunan kassa əməliyyatına qədər dövlət satınalmalarında iştirak edərək çoxsaylı tenderlərdən qalib ayrılırdı. Məlum kassa əməliyyatından sonra onun sifarişləri getdikcə artıb. Əsas alıcısı isə əlbəttə, Vergilər Nazirliyi idi. Məsələn, 2014-cü ildə Vergilər Nazirliyi 11 mln. 273,2 min manat məbləğində informasiya-kommunikasiya xidməti alıb. Həmin məbləğin böyük hissəsi məhz “CASPEL” MMC-nin payına düşüb: 5 mln. 747 min manat.

2015-ci ildə Vergilər Nazirliyi “CASPEL” MMC ilə “195" Çağrı Mərkəzi sisteminin avadanlıqlarına texniki xidmətin göstərilməsi üçün 64 900 manat, Giriş-Çıxış Access Control sistemlərinə, səs avadanlıqları və konfrans sistemlərinə, müşahidə, yanğın və siqnalxəbərverici sistemlərinə texniki xidmətin göstərilməsi üçün 174 085 manat, Zərif müştərilərə (elektron disksiz qurğulara), zərif müştəri serverlərinə, məlumat saxlama avadanlıqlarına, UPS-lərə, printerlərə və digər korporativ şəbəkə və server avadanlıqlarına (Exchange, TMG, Legalands, Spam, Antivirus, Message, Backup serverlər) texniki xidmətin göstərilməsi üçün 365 003 manat, AVİS ehtiyat sisteminin avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, ”SunServerləri"nə texniki xidmətin göstərilməsi üçün 678 429 manat, İskratel ATS-ə texniki xidmətin, ümumi kompüter şəbəkəsinə rabitə xidmətinin, korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin göstərilməsi üçün 896 658 manat və Oracle proqram təminatına illik dəstəyin göstərilməs üçün 300 000, “Texniki və Akis sistemi avadanlıqlarının, proqram təminatlarının, kabel çəkilişinin və quraşdırma işlərinin yerinə yetirilməsi”nin satın alınması üçün 579 129,99 manat, kartriclərin satın alınması məqsədi ilə 99 844,52 dəyərində müqavilə imzalayıb.

Ötən il də kifayət qədər bol olan qalibiyyətli tenderlərdə şirkətin sifarişçiləri arasında Vergilər Nazirliyindən əlavə, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi və digər böyük qurumlar var.

Şirkətin İnternet saytında qeyd olunur ki, “CASPEL” Azərbaycan Respublikasının ərazisində informasiya texnologiyaları və telekommunikasiya sahəsində kompleks həll variantlarını təqdim edən ən iri inteqrator şirkətlərdən biridir. Şirkət məlumatların ötürülməsi üzrə həll variantlarını, proqram təminatının işlənib hazırlanmasını, İT avadanlıqları və kompüterlərin istehsalı ilə məşğul olan dünyanın qabaqcıl şirkətlərindən müasir avadanlıqların təchizini və servis xidmətini təqdim edir.

“CASPEL” şirkəti Azərbaycanın bütün ərazisini əhatə edən özünün fiber-optik şəbəkəsinə də malikdir.

Vergilər Nazirliyinin hüquqi şəxslərin elektron reyestrində yer alan məlumatdan aydın olur ki, “CASPEL” MMC-nin hüquqi təmsilçisi Quliyev Ceyhun Məhi oğludur. Himayədarı vəzifədən alınandan sonra şirkətin taleyinin necə olacağını isə yəqin ki, zaman göstərəcək(musavat.com).

635x100

Şərhlər

İlham-a 2018-01-16 12:58:43

Komanda dedikdə yaxın dostlar,qohumlar bir yerə yığışıb ağıllarına gələni qanuni-qanunsuz edirlər.AZƏRBAYCANDA KOMANDA ELƏ BELƏ QOHUM-DOST OLARAQ YARADILMASI BİR QAYDAYA ÇEVRİLİB.Bunu bütün qurumlarda görə bilərsiniz.Sanki bu qanun şəlki alıb.Yuxarıdan aşağıya qədər belədir.Aşağı yuxarıya baxır və təkrarlayır.Heç kim irad tuta bilmir. Azərbaycanda işdən çıxmasından aslı olmayaraq hər biri o gündədir Ona görə gəlir deklerasiyası qəbul olunmur.Bilirlər ki,əldə etdikləri əmlaklar maaşla əldə oluna bilməz.

Elçin 2018-01-16 12:58:43

Vergilər nazirliyinin işçilərinə bildirilir, hamınız hazırlaşın 80 qəpiklik aftafanı 8 manata almağa... İndi özünüz sayın iqtisadçısınız hər vergi işçisinə 1 aftafa nə qədər edir?

talis 2018-01-16 12:58:43

tam duzgundur ki nazir kohnlarla islasa batdi/

vetendas 2018-01-16 12:58:43

Eger mumkunduse, bir Nazir, bir dovlet Memuru gosterin ki, o Fazil muellimden temiz isci olsun. Tapmayacaqsiz!!!!! Cunki, sistem basdan ayaqa bu kadrlardan ibaretdir. Guya onun yerine kecen ondan yaxsidi???? Esla yox! Mueyyen koordinatlari uyqun gelib,qoyublar ora! ...AZTV de Yalanlari esidib Iyrenirik!!

VƏTƏNDAŞ 2018-01-16 12:58:43

yaxşı olardi ki vergilər nazirliyi gəlir vergisini 14 faizdən minimum əmək haqqinin 5 mislinə qədər hissəsində vergini 10 faizə endirilməsı haqqinda fikirləşsin.10 mislindən15 mislinə qədər isə12 faiz olsun

sabir 2018-01-16 12:58:43

Yaxşı olmazdımı yüksək vəzifəli birisi işdən qovulmazdan əvvəl onun gördüyü pis əməllərinin qarşısı alınsın?Necə deyirlər yıxılana balta çalanlar çox olar.Vəzifəyə təyin edilir hər bir şərait yaradılır sonra da onun qanunsuz əməlləri tənqid edilir. Yüksək vəzifə tutanlar uzun müddət vəzifədə olanda həmin idarəni özününkiləşdirir.

Ardı 2018-01-16 12:58:43

talan olunmasının qarşısını alırdı.Bu hesabatların ləğv olunması nəticəsində əsl MALİYYƏÇİ MÜHASİBLƏRİ sıradan çıxardaraq, yerlərinə orta təhsilli insanları,iqtisadiyyatdan anlayışları olmayanları böyük bir müəssisəyə,böyük bir Səhmdar Cəmiyyətlərinə Baş mühasib vəzifəsinə təyin ediblər və bu səbəbli dövlət əmlakının talan olunmasının təməlini qoyublar. Səriştəsiz kadrların təyin olunmasında bu gündə Nazirliklərin aidiyyatı qurumları tədbir görmək əvəzinə göz yumurlar.Səbəbini yalnız özləri bilir....?

Ardı 2018-01-16 12:58:43

Bu hesabatlar dövlət əmlakının talan olunmasının qarşısını alırdı. Azpolitika xahiş edirəm düzəliş edin

vəkil 2018-01-16 12:58:43

bu biyabirçiliq o biri qurumlarda da var lakin onlar da fil qulaginda yatiblar hec olmasa ğözu çixmiş qardaşlarinizdan ibret ğöturun elə bilməyin ki etdiginiz haqsizliglarin ustu açilmayacaq tarix ğörsədir ki həyatda heç nə gizli qalmir...

KELENTER EMI 2018-01-16 12:58:43

HAMAM HAMAM ICINDE,KÖHNE HAMAM ICINDE.MUS.ARIF SHILLAG ATIR XARABA QALMISLAR ICINDE.BUYY,YAZIQ USAGIN BASINA MÜKAFAT HAVASI DOLUB DEYESEN. ELE YAZANSAN HAMIDAN YAZSANA.MESELEN,YAZ KI,TAZE NAZIR TEHSILIMIZI O SEVIYYEDE YÜKSEKLERE QALDIRDI KI,OXUMAQDAN BÖYÜK EKSERIYYETIN BASI QICQIRDI.SAGIRD VE TELEBELER TELEFON OYUNUNA,MÜELIMLER SECKI VE RÜSVET OYUNLARINA ALUDE OLDULAR.HAZIR OLUN VERGIDE FAZILE NE BILIM NE OXUDACAQ SUNAMILERE.SHER-BÖHTAN YUVASINA DÖNMÜS HÜQUQ MÜHAFIZE ORQANLARINDAN VE S.VE I-LARDAN YAZSANA.

İ.Mustafaoğlu 2018-01-16 12:58:43

Nazirliklərin hər birində maliyyə-təftiş yoxlamaları ilə birlikdə Kargüzarlıq haqqında qanunlara əməl edilib,ediılmə- məsi halları ciddi yoxlanııb,tədbir görülməlidir. Azərbaycanımızın inkişafını istəyiriksə,birinci növbədə keçmiş SSRİ dövründə olan yoxlamalar bərpa olunmalıdır,çünki yoxlamaların dayandırılması yalnız işbazlara divident gətirir.. Əvvəlki dövrdə hər bir müəssisə rübdə bir dəfə Vergilər idarəsinə "Balans" ilə birlikdə əlavə sənədlərlə hesabat verirdilər.Bu hesabat dövlət əmlakının talan olu

AAgahuseyn 2018-01-16 12:58:43

AAFİYA lla cəzanızı versin.Saq əlin həmkarlarının və təqaüdləri bu ğünə salan SOSİAL MÜDAFİYA NAZİRLİYİNİN BAŞINA.AMMİN.

İlham 2018-01-16 12:58:43

Yeni nazir kohnə komanda ilə isləsə bu nazirlik hec vaxt nə hormət nə də ki dovlətin saxolunu qazanmayacaq. Uzun illər sahibkarlardan qanunsuz pul tələb edib, ozlərinə Bakida və digər xarici olkələrdə malikanə, obyekt əldə edənlərdən cənab nazir sahibkarlarin canini qurtarmasa yaxsi hec nəyə nail olmayacaq. Məsələn ASuditin sabiq rəisi Habil Məmməıdov nə qədər qanunsuzluğa yol verib, məgər bilinmir? Yaxud onun var dovlətinin hesabatini niyə aparmirlar? Məgər atasindan ona milyonlar qalib ki, milyonlari var

E.Rommel 2018-01-16 12:58:43

Cəmaət bir fikirləşin niyə bütün nazirlər vəzifədən gedənnən sonra "mşennik" olduğu üzə çixır?Belə hesab etmək olârmi hamısı onnavndır?

G.M 2018-01-16 12:58:43

Yaxşı olardı ki,Karrupsaner məmurlar vəzifədən azad olmamışdan,``fəxri fərmanlarını`` almazdan əvvəl ifşa olunaydılar.Bu biabırçılıqdır ki, Fəxri ad verilən Vergi işçisi,MTN Generalı,Jurnaalist,Hərbi Zabiti və s insanların sonradan, əslində Qatı Cinayətkar olmaları üzə çıxır.

Son yazılar