“13 İLLİK REPRESSİYANIN TƏRKİB HİSSƏSİDİR...” - "Məni haqq yolundan döndərə bilməz"

Eli Insanov

Sabiq səhiyyə naziri Əli İnsanovun işinə Ali Məhkəmədə baxılıb. Musavat.com xəbər verir ki, məhkəmə iclası hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutub. Məhkəmə prosesin də qərar elan olunub. Qərara əsasən, Ə.İnsanovun kassasiya şikayəti təmin edilməyib.

Əli İnsanov məhkəmədə iştirakdan imtina etdiyindən, onun şikayətinə özü olmadan baxılıb. Bu işə Bakı Apellyasiya Məhkəməsində baxılanda da keçmiş nazir eyni cür davranmışdı.

O, həmin vaxt saxlandığı Kürdəxanı təcridxanasından məhkəməyə məktub göndərmişdi ki, prosesdə iştirak eləmək istəmir.

Ali Məhkəmədə keçmiş nazirin vəkili Toğrul Babayev çıxış edərək bildirib ki, kassasiya şikayətində göstərilən dəlilləri müdafiə edir. Həmin şikayətdə yazılıb ki, Ə.İnsanova verilən ittihamlar saxtadır.

"Əli İnsanov cəzaçəkmə müəssisəsində nə psixotrop tərkibli dərman saxlayıb, nə də Penitensiar Xidmətin əməkdaşını vurub. Əli İnsanovun 11 illik həbsdən çıxmasına iki ay qalmış başlanan cinayət işi əslində onun cəzasını artırmaq və beləliklə, azadlığa çıxmasına imkan verməmək məqsədilə quraşdırılıb"- deyə vəkil söyləyib.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Rizvan Şammədov isə deyib ki, müdafiə tərəfinin şikayətdə göstərdiyi dəlillər əsaslı deyil. Prokuror Ə.İnsanov haqqında hökmün dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib.

Beləliklə şikayət təmin edilməyib.

Vəkil Toğrul Babayev jurnalistlərə açıqlamasında deyib ki, bu qərar onlar üçün gözlənilən idi. "Ali Məhkəmənin bu işə obyektiv baxıb, ədalətli qərar çıxaracağına ümidimiz yox idi. Sadəcə, Avropa Məhkəməsinə şikayət göndərmək üçün bütün yerli məhkəmə instansiyalarını keçmək lazımdır, ona görə də Ali Məhkəməyə müraciət etmişdik. Ali Məhkəmənin qərarını alandan sonra Əli İnsanovun cəzasının daha 7 il artırılması məsələsindən də Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəyik"- deyə vəkil qeyd edib.

Vəkik onu da əlavə edib ki, Ə.İnsanov bu gün Ali Məhkəmənin onun haqqındakı qərarına münasibət bildirib.

Sabiq nazir vəkili vasitəsi ilə saxlanıldığı 11 saylı cəzaçəkmə müəssisəsindən verdiyi bəyanatda deyir: "Bunu 13 ildir özümə qarşı davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirirəm. Artıq 13 ildir ki, mənə qarşı siyasi repressiyalar amansızlıqla davam etdirilir. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin yalan və qərəzli ittihamlar əsasında çıxarılmış, böhtan xarakterli qərarını təsdiqlədi. Mübarizə əzmimi qırmağa yönəlmiş belə qərarlar məni haqq yolumdan döndərə bilməz”.

Bildirək ki, sabiq nazir Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyən Əli İnsanov Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, bir müddət əvvəl Ə.İnsanov Ali Məhkəməyə verdiyi şikayətə baxılmamasından narazı qalaraq Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət etmişdi.

Qeyd edək ki, Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanmışdı. Ona törətdiyi əmələ görə 7 il 5 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

O, bu hökmdən apellyasiya şikayəti vermişdi. Şikayəti təmin edilməyən sabiq nazir Ali Məhkəməyə müraciət etmişdi.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.

635x100

Şərhlər

Adil 2018-01-16 22:04:11

Əli İnsanov da harınlamış məmurlardan 1-cilərdən idi. O ümumiyyətlə sadə insanlara insan kimi yox, məxluq kimi baxırdı. Nəyisə bölüşdürə bilmədilər, ona görə də atdılar içəri. Hər halda onu srokunu yatıb buraxmaq lazımdır. Tarix göstərir ki çox tiranlar viran olub. Ona görə insan olan kəs Allahı yaddan çıxarmalı deyil. İndi fironluq edən harın məmurlar da inşallah bir gün Allahın qəzəbinə tuş gələcəklər.

nata 2018-01-16 22:04:11

Kim ne deyir desin,bu kişinin qüruru var və polad kimi əyilməzdir.Məncə hakimiyyət uçün en qorxulu insan Eli İnsanov ve İlqar Memmedovdur.Bu şexsler cib müxaliftindən ferqli olaraq iqtidara real müxalifdiler,eks teqdirde onlar azadlıqda olardılar ve xiyabanda baş əyərdilər.Eli bəy savadli alimdir və onun haqda artiq-eskik yazmağa lüzum yoxdur.Allah qapısını açsın

Milletin sesi 2018-01-16 22:04:11

Vallah men azerbaycanda ne mehkeme ne prakror tanyıram hamsı robortdu hakimyet terefinnen idare olurlar vessalam

Qerbi azerbaycanlı 2018-01-16 22:04:11

Ay el agsaqqalı sen onu bilki xalq seni üreyinde gezdirir sen haqq otagındasan o namert üze durub zornan kresloda oturanların hamsı cehennemlikdi ancaq sen artıq allah qarşısında merdi merdane öz haqq sözünle cenneti qazabıbsan sen bu qorxaq yalancı hakimyet qarşısında sınmadın

YASAMAL ALİK 2018-01-16 22:04:11

COX MARAQLİDİR, YƏNİ BU AKADEMİK AZƏRBAYCANİ BOLUB TALİS MUXAM RESPUBLİKASİNYARATMAQ İSDƏYƏN ƏLİKRAMDAN, TORPAQLARİ SATAN RƏHİMDƏN, XCP HAKİMİYƏTİNDƏ QANUNSUZLUXUNUN HƏDDİOLMAYAN FƏHMİN HACİYEVDƏN, SURƏT HUSEYNOVSDAN İSGƏNDƏRDƏN DƏMİ BETƏR BİRİDİR7 BƏS ONLARİ HARDA BU KİSİ HARDA? HEC DASTOYNU LOTU BELƏ BU KİSİ KİMİ AT ZVANOK DO ZVANOK YATMAYİB QƏDES CANİ.

REDAKTOR 2018-01-16 22:04:11

GULLƏLƏYİN GETSİN! RUSLAR DEMİSKƏN NET CELAVEKA NET PROBLEMA. YA DA BU KİSİ MANDELA KİMİ TARİXƏ DUSƏCƏK.

Taryel 2018-01-16 22:04:11

Şexsen ferhad kerimovu tanıyıram savadıda yoxdu sadece onu qayublarki biz ne deyeceyik onuda edecen vessalam o ferhad yuxarılarln adamıdı yeni buyruq qulluqcusu vessalam ....

E.Rommel 2018-01-16 22:04:11

Belə-işlər.İlahi ədalət .Yaxşı bir yaziçı istər qırağını-başını bəziyə bir roman yaza.Allah qapısınï açsin......

Serlok Holms 2018-01-16 22:04:11

Yalan Hakim olub, Bohtan Gozetci! Curuyur Zindanda Heqiqet ALLAH! B.Vahabzade. Allah sene Rehmet etsin. Men Eli Insanovu hec zaman hakimiyyetde olanda haqq qazandirmamisam. Amma.... Bu gunku yalanci hakimler, yalan gunahlar, ne vaxta qeder davam edecek?! Millet ,millet olur xeyri-seriyle?! Budurmu menim milletim?! Yoxsa artiq bir Millet kimi yer uzunden silinirik??? Bunun axiri neyle qurtaracaq? Nece gedek biz ....... ireli?! Bunu eden kimlerdi?! Allah gec tez sizin de belanizi verecek?! Bu gun cox yaxindi

seymur 2018-01-16 22:04:11

naqadar ki Shiraliyev sahiyya naziridi Ali insanov turmadan cixmaqa shansi yoxdu

savalan 2018-01-16 22:04:11

Anlaşılan odur ki,Əli İnsanovdan yaman qorxurlarmış.Bu insanın əyilməzliyi,vüqarı,sınmazlığı,polad kimi möhkəmliyi kimlərisə yaman qorxudub.Çünki bu gün onu damlayan hakimlər və onların sifarişciləri yaxşı başa düşürlər ki,həqiqətin üzünə şax baxan,heç nədən qorxmayan,çəkinməyən,bu nurani ağsaqqal, öz iradəsiylə öz şəxsi mənafeyi üçün gündə bir məsləyi bölüşən qorxaq müxalif siyasilərdən,oliqarxlardan deyil.Necə ki,vaxtilə Heydər Əliyevi də qorumaq üçün sinəsini qabağa vermişdi,onda da qorxmamışdı.Bir sözlə ötən 13 il göstərdi ki,bu adam sadəcə təpədən dırnağadək əqidə,ideya adamıdır,kişilik simvoludur.Belələri isə tarixdə,xüsusə günümüzdə az-az olur,fərqi yoxdur hansı cinahda,hansı mənsəbdə olursa olsun.İnsanlar tanıyıram ki,pıqq eləyən kimi bütün varlığını,elini-obasını satar.Nə isə bu gün haqsevərlərin əlindən nə gəlir ki,ümid yenə də Allaha qalıb.Çünki Bəxtiyar Vahabzadə demişkən Yalan Hakim olub, Böhtan Gozətci! Çürüyür Zindanda Həqiqət ALLAH!

seymur 2018-01-16 22:04:11

oqtay shiraliyev 69yashli muavini abas velibekov 78yashli baki sahiya idarasi raisi elmira 67yashi bash hakimlar 70 yuxari budu Ilham Aliyevin yash hadiyla verdiyi farmana munasibet ancaq bashqalarina qanun qanundu buda haqq adalet

Son yazılar