Cəmil Həsənlinin Seçki Qərargahında gərgin iş gedir

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı bu gün səhər tezdən işə başlayıb. Saat 06.10-dan açılan qərargahda gərgin iş gedir. C.Həsənlinin səlahiyyətli nümayəndəsi, Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, səhər tezdən məntəqələrdən narazılıq dolu xəbərlər gəlməkdədir: “Biz iş başındayıq və vəziyyəti izləyirik. Gələn məlumatlar toplanır və mütəmadi mətbuata açıqlanacaq”.

Qərargahda Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının üzvləri və NİDA Vətəndaş Hərəkatının təmsilçiləri də iş başındadır. Bundan başqa, namizədin adına fəaliyyət göstərən portalın işçiləri də gecədən buradadır.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar