"PREZİDENTƏ DEDİM Kİ, ONLAR SİZƏ QARŞI ÇEVRİLDİYİNDƏ..." - Zahid Oruc

zahidorucesasfgfgh7Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına açıqlamasında bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında xeyli maraqlı məqamlar qaldığını bildirib.

Ən yadda qalan görüşlərdən biri...

“Parlament üzvü kimi uzun bir dövr ərzində müxtəlif ölkələrə səfərlər edərkən orada nəzərdə tutulmuş proqramlar çərçivəsində dövlət və siyasət adamları ilə görüşlər mümkün olur. Məşhurlarla keçirdiyim görüşlərin ən yadda qalanlarından biri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə olub.

“Saakaşvili anti-Kreml bəyanatları ilə Qərbin rəğbətini qazanmaq istəyirdi”

“2007-ci ildə NATO-nun bayrağı altında Gürcüstanda tədbir keçirilirdi. Həmin tədbirdə biz Azərbaycanın mənafelərini təmsil edirdik. Tədbirdən sonra Mixail Saakaşvili ilə görüşüm baş tutdu. Onun bir çox məsələlərə münasibət bildirməyinə çalışdım. Mixail Saakaşvili üzərində daşıdığı məsuliyyəti dərk edirdi. Müvafiq qüvvələrə çağırış etdiyini və bölgədə uzun 100 illər ərzində mövcud olan şəriati yaxşı başa düşdüyünü dedi. Söhbət ilk növbədə Rusiya ilə münasibətlərdən gedir. Hələ onda 2008-ci ilin avqust toqquşması və “5 günlük müharibə” gerçəkləşməmişdi. Amma həm NATO təmsilçiləri, həm də mən hiss edirdim ki, Gürcüstan prezidenti bunu aparıcı bir platformaya çevirib. Yəni, anti-Kreml bəyanatları sanki Qərbin rəğbətini qazanmağın ən aparıcı silahı idi”.

“Saakaşvili dedi ki, lent kəsməyi sevmir”

Deputat Saakaşvilidə müşahidə etdiyi bir neçə keyfiyyətdən danışıb. “Mixail Saakaşvilinin reaksiyalı olmağı, dinamikası müəyyən bir formada nəzarətdən çıxa bilir. Çünki o həddən artıq emossional adamdır. Bu, bəlkə də Qafqaz xalqları üçün xarakterik xüsusiyyətdir. Dövlət adamı üçün bu keyfiyyətlərə riayət etmək çox önəmlidir. Axı prezident öz ölkəsini təmsil edən məsul şəxsdir. O, bu vəzifədə özəl münasibətləri demək olar ki, gizlətməlidir.

Saakaşvilinin istənilən şəxslə ünsiyyətdə, o cümlədən mənimlə konkret danışıqlarında hiss olunan bu idi ki, diplomatik fəaliyyətə cavabdehlik daşıyan adamlar öz işlərini yerinə yetirmirlər. Bu, məni çox təəccübləndirmişdi. Saakaşvilinin məni heyrətləndirən xüsusiyyətlərindən biri də gələcək ideyalarından danışarkən həddən artıq inamlı və qətiyyətli olmasıydı. Çünki o, gedəcəyi hədəfləri çox yaxşı bilirdi. Görüş zamanı ona sual verdim ki, sovet hərbi sistemindən gələn generalları neyləyəcəksiniz? Açıq şəkildə dedi ki, “o adamlardan yaxa qutaracam. Hər birini işdən azad edəcəm. Tamamilə yeni ordu quracam”. Mən isə bildirdim ki, “yüksək rütbəli adamlarla vidalaşmaq o qədər də asan deyil. Çünki onlar gələcək dövrdə sizə qarşı çevrildiyində mühüm bir qüvvə deməkdir. Həmin şəxslər idarəetmə səriştəsinə malikdirlər, dövlət sirlərini bilirlər”. Əslində belə də oldu.

Söhbət əsnasında müşahidə etdiyim məqamlardan biri də Saakaşvilinin iqtisadi məsələlərə önəm verməsiydi. Gürcüstan təbii resursu çox az olan ölkədir. Mixail Saakaşvili bilirdi ki, ölkənin beynəlxalq məkanda reytinqini formalaşdırmadan hansısa yardımları ala bilməyəcək. Onun çox maraqlı yanaşması vardı. Deyirdi ki, müxtəlif qurumların sayını kütləvi olaraq azaldır və görür ki, bu, həm büdcə vəsaitlərinin qənaətinə səbəb olur, həm də problemlər də öz-özünə həllini tapır.

Görüşümüz zamanı Saakaşvili bir qədər yumor hissi ilə söylədi ki, sanitariya və epidemioloji qurumu ləğv etmək dərəcəsinə çatıb. O dedi ki, heç bir ictimai iaşə müəssisəsini antisantitar təhlükə gözləmir. Saakaşvili görüş əsnasında vurğulayırdı ki, lent kəsməyi sevmir. Bunu özəl sektor etməlidir.

“Saakaşvilinin gördüyü işləri onun rəqibləri də inkar edə bilmir”

Zahid Oruc deyib ki, Saakaşvili ilə görüş onda çox xoş hislər yaratmışdı. “Şübhəsiz ki, onun istər Gürcüstanda, istərsə də digər fəaliyyətində çoxlu nöqsanlar tapmaq olar. Lakin inkar edilməzdir ki, Mixail Saakaşvili Şevarnadzedən sonra çox ağır bir şəraitdə yəni, Gürcüstanda qanunsuzluğun, banditizmin, terror təhlükələrinin mövcud olduğu bir dövrdə çox böyük işlər həyata keçirə bilib. Onunla söhbət mənim yaddaşımda çox yaxşı bir iz buraxıb. Mənə görə, Saarkaşvili Gürcüstanda tarixi işlərin müəllifidir. Onun gördüyü işləri ona rəqib olan qüvvələr də inkar edə bilmir”.

635x100

Şərhlər

Asim 2018-01-16 16:11:45

Sən Zahid o MM-də danışıqlarını bu yazınla tutuşdur.Gör bir nəticə edə bilərsənmi ki,nəyə görə bütün sahələrdə(xüsusilə sosial sahədə)Gürcüstan bizdən qabaqdadır?Mən öz cavabımı verin-1.çünkü orada qanun şahdır, 2.rüşvət, korrupsiya,monopoliya,yerlibazlıq və s. yoxdur,3.insanların seçib, seçilmək hüququ var,4.sivil dünyaya qovuşmaq istəyir.Qorxmursansa sən də öz sözünü de.Bilmirəm azpolitika bu yazını verəcək ya yox.Amma yaxşı olar ki,sən Zahitdə ömründə bir dəfə səmimi ol!

Bashirov Qarib 2018-01-16 16:11:45

Axi,siz hansi statusla ona meslehet vermeye chalishmisiniz? Guya,Mixo o vaxt bilmirdi ki, siz nece mandat almisiniz, ve sizin deputat olmaginiza gore , Avropa Mehkemesinin qerari ile hokumet ne qeder cerime odeyib?!

Zabil 2018-01-16 16:11:45

Bu daha çox seçkiqabağı özünü yada salmağı oxşayır, yəni mən prezident olsam Saakaşvili yolu gedəcəm.

Vahit 2018-01-16 16:11:45

Zahit bey saakaşvili haqq adamıdı o dünyada dahi bir siyasetci kimi tanındı gürgüstanı dünyaya tanıtdı putin mutinnen cekinmedi o qafqazın ilk dahi siyasetcisi rolnu oynadı bez biz neynenik yalancılıkla rüşvetle haqqı deyenin cibne neşe atıb şerlemekle haqq deyenleri türmelere doldurmaqla özmüzü hem gözden saldıq hem xaricin bize olan inamnın itirtik...

G.M 2018-01-16 16:11:45

Bir mənalı deyərdim ki,Zahid Oruc ``üfürür``.Xəyalında tutduqlarından danışır,Saakaşviliyə öyüd-nəsihət vermək,sərbəst ....Bakının icazəsi,göstərişi olmayan sözü dilinə gətirəmməz.

Kəlbəcər Qarğası 2018-01-16 16:11:45

Asim bəy, deputat məncə, KOMİTƏsinin və ŞİMALIN gücünü səmimən çatdırıb. Rəsmilərimiz adətən, xalq qarşısında öz məsuliyyətindən xalqa "xarici qorxu" gəlməklə aradan "QALİB" kimi çıxırlar. Suallar çoxdur. 1.Nədən NATO təlimləri Azərbaycanda keçirilməsin? 2.2004-ci ildə təyin edilmiş və 2005-ci ildən mütəşəkkil qruplaşma yalnız 2015-ci ildə açıqlanır? Əhali mətbuatdan məsul şəxsin (təqaüdçü memuarlarını yox) məsuliyyət daşıdığı işin gedişatını, yekununu gözləyir.

Hemfikir 2018-01-16 16:11:45

Milletini isteyen adam Saakawviliden numune goturer//Zahid bey halal olsun dediniz ki legv eleyin nazirlerin coxunu komite ve wirketleri//Si nece demiwdiz-neft hokumeti//

Camil Quliyev 2018-01-16 16:11:45

Zahid Orucu burada soyen adamlar ozleri bir jekde sozlerini deye bilirlermi&Qardaw sene quzu kesim-oratorsan-Gurcustanda ruwvet yoxdur axi/

Nasir Ali Nasir 2018-01-16 16:11:45

Zahid bey,sizin fikirlərinizə o parlamentde ehtiyac var..Gordum ki siz de Saakaüviliye boyuk hormetle yanaşırsız..O sozleri orda da deyin..Qoyun onlar da eşitsin..

Zabil-e yazana-yazana 2018-01-16 16:11:45

Muellim,menimki yaltaqliq deyil,girmekdir!

Zabil-e yazana 2018-01-16 16:11:45

YALTAQLIQ ETME, AYIBDIR...

Azər Yusif 2018-01-16 16:11:45

Sizə rəğbətlə yanaşdığımı bildirmək istəyirəm.yazılranızı da oxuyuram..Xahiş edirəm,siz portret yazıları yazın-Lenin haqda,Stalin haqda,Şarl de Qoll haqqında..Həqiqətən maraqla oxumaq olar..

Zabil-e 2018-01-16 16:11:45

A bey,by memleketde birce yol var,oda ulu onderin layiqli davamcisi ,hormetli prezidentimiz Ilham Eliyev yoludur,qalanlarinin yolu zahid,qudret,ferec,fazil,hafiz,serdar ve,s.jirinoviski yoludur.

Letif 2018-01-16 16:11:45

Men prezdentden yalnız ve yalnız saakaşvilinin yolunu getməkdən başqa yolun olmadığını görürem yolmuz azad secki ve saakaşvili yoludur bax onda bütün dünya yanımızda olacaq azerbaycan güclü olacaq

Sabir 2018-01-16 16:11:45

Cəbhəçilər gəldilər. Azərbaycanın azadlığı uğrunda mübarizə apardılar və Azərbaycanın müstəqilliyinə nail oldular öz missiyalarını yerinə yetirdilər,stabillik yarada bilmədilər və getdilər. Bu hakimyət gəldi stabillik yaratdı,və söz verdi ki Qarabağ məsələsini tez həll edəcək,ancaq 25 il alınmadı,əlavə bir neçə rayon da getdi. Məmurlar da rüşvətxorluq, misli görünməmiş talan,qarət, korrupsiya ilə məşğuldurlar Ölkənin yüz milyardları öğurlandı,itdi batdı.Xalqın güzaranı da yaxşı deyil. Zahid də ki öyrənib qa

deputat Zahid Oruca sual 2018-01-16 16:11:45

Niye, hech bir deputat, TEQDIM ETMIR Milli Meclise muzakireye, qanun lahiyesi - "vetendashlarin emlakinin- gelirlerinin MECBURI - MUNTEZEM deklarasiyasi" -ni ?

Son yazılar