““PALMALİ"NİN KÜLLİ MİQDARDA BORCU VAR" - SOCAR-dan yeni açıqlama (Yeniləndi)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son günlərdə mediada yayımlanan məlumatlara münasibət bildirib.

Şirkətdən "Report"un sorğusuna cavab olaraq verilən məlumata görə, SOCAR və Palmali Qrup arasında əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib:

"Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmamışdır. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər əvvəllər Palmali Qrupuna məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılmışdır".

Şirkətdən bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə həqiqətə uyğun deyil: "Palmali Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu vardır. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.

“Palmali Group”dan isə SOCAR-ın bu açıqlamasına cavab gecikməyib. Gununsesi.info-nun sorğusuna cavab olaraq, “Palmali Group”dan bildirilib ki, iki şirkət arasında ortaqlıq olub və bu danılmazdır: “Ortaqlığımızı izbat edən rəsmi sənədlər var. Həmin sənədlərdə SOCAR rəhbərliyinin və rəhbərliyə daxil olan şəxslərin yaxınlarının imzaları var”.

“Palmali Group” onu da bəyan edir ki, SOCAR-ın bu quruma külli miqdarda borcu var: “Ortada bir borc məsələsi var və bu da SOCAR-ın bizə olan borcudur”.

635x100

Şərhlər

Hemid 2018-01-17 14:56:09

Ay kovboy rovneq,nece ola bilerki Palmali oz gemileri ile SOCAR-in mallarini dawiyir ve ustelikde SOCAR-a kullu miqdarda borcu olur?BU fantastik nagili nece fikirlewmisense ay kovboy rovneq hetta Anar Nagilbazda sene meettel qalib...

Ali savadli iwsiz vetendaw 2018-01-17 14:56:09

Hansi qurum yungulvari silkelenirse altinda yalan korrupsiya oqurluq tuqyan edir. Goresen bele weylerin axiri nece olacaq.Vergi,mtn neqliyyat ne bilim neler cox guclu dovletimiz var daqidib qurtara bilmirler yaziq devleti ALLAH ozu bu xalqa komek olsun.AMIN

Hacı Nuh 2018-01-17 14:56:09

Elə buradaca "hop-Stop!". Millətini çox sevən məclis seçdiyi liderin göstərişi ilə öz vətəndaşına "birbaşa"(əmlak çeki ilə) hasilat payını qadağan edib. Bəs, Dövlət "özünə məxsus" məhsulu hansı marağa özəl "PALMALI"yə etibar edibmiş? Öz vətəndaşına inanmayan DAŞIMAnı da hasilat payı kimi "xaricə" verib "otkat"ını da ondan alsaydı, bu "razborka" da öz xalqına çatmazdı!

G.M 2018-01-17 14:56:09

Palmali CROUP VƏ SOCAR arasında narazılıq nədən qaynaqlanıb ,hələki özlərindən özgə heç kimə bəlli deyil..Əslində heç maraqlı da deyil.Ancaq bir şeyi bilirəm ki,Palmalinin başına bir iş gəlsə bambılı saytlar və KİV lərin bəziləri deyəcəklər ki, ``Gördünüzmü Quli Palmalini də məhv elədi``.Bax onda oturub Bu Dünyanın halına ağlamağım gələcək.

Miri 2018-01-17 14:56:09

Bir gun ata minen , dyshyb esheye miner. ... kamaz shoferi olub, indi maybaxda gezir. Ne istiyirsyz essheyden dyshyb bir defeliy maybaxa minende bele olur))) Mentigin ozyvyz tapin.

ABDULQADIR 2018-01-17 14:56:09

MÜBARIZ QARDASH XALQIN BÖYÜK EKSERIYYETI SIZI CHOX SEVIR.25 ILDIR,,TEY ZEBER TE,,NI,,ÖYRENE BILMEYIB,,TI,,DEYENLER ABB-NI YEDILER,DOYMADILAR, NEFTDEN GELEN MLYARDLARIN YEYILMESINE ALET OLDULAR,DOYMADILAR.HAMISINI ÖZ AGILLARIYCA KIMSE ANLAMIR KIMI ONA BUNA YAXMAQLA MESHGULDURLAR.XALQA DA SHAIYE BURAXMISDILAR KI,BUNLAR YEYIB DOYUBLAR,YERLERINDEN TERPETMEYIN.ANCAQ KI,BUNLARIN DOYMAQLA ISHI YOXDUR.O TEREFLERE GETME, DEMEK OLMAZ,ACDIRLAR,DEYDIYIM ODUR KI,BIRDEN GEDERSIZ SIZDEN DE ...

ABDULQADIR 2018-01-17 14:56:09

YUXUNUZ TATLI OLSUN.

Son yazılar