"Korrupsiyada ittiham olunan şəxslərin 15 milyonluq əmlakına həbs qoyulub" - Kamran Əliyev

Korrupsiyada ittiham olunan şəxslərin 15 milyon 381 min manat məbləğində əmlakına həbs qoyulub.

APA-nın məlumatına görə, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının və ya 33.03%-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

635x100

Şərhlər

Koxa 2018-01-17 10:41:39

karrupsiya artıq ölke daxillinnen cıxıb ....

2018-01-17 10:41:39

Dövlətçiliyimizi,xalqımızı və cənab Prezidentimizi qəlbən sevən hörmətli Kamran müəllim ! "Şəki-Bazar" ASC-nin Direktor vəzifəsinə qanunsuz olaraq, Mollalıqla məşğul olan,heç bir savada malik olmayan Eldəniz adlı şəxsi,Baş mühasib vəzifəsinə isə Dəmirçiliklə məşğul olan Səmayıl adlı şəxsi təyin etməklə vergidən yayınma halları hökm sürür,təqribən ildə 600,0 min manat.Obyekdə mühafizəçi işləyən Eldəniz misli görünməmiş var-dövlət sahibi olub,vergidən yayınma yolu ilə.Qanunsuzluqların qarşısını almağınızı x.e

Son yazılar