FAZİL MƏMMƏDOV MAŞINLARINI DÖVLƏTƏ İCARƏYƏ VERİRMİŞ! - Əlindən alındı

Sabiq vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə bağışlayıb. Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb.

Daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib. Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin “Audi A 8” markalı avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.

Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş “Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 dövlət seriya nömrəli avtomobillər hazırda Vergilər Nazirliyinin adına sənədləşdirilir.

635x100

Şərhlər

Adil 2018-01-17 16:07:17

OĞRULAR,QULDURLAR,MOŞEYNİKLƏR TALAYIRLAR. VƏTƏNİMİZİ SÖKÜB DAĞIDIRLAR. BUNUN AXIRI NECƏ OLACAQ. BİZ YƏNİ BU QƏDƏR ƏFƏL MİLLƏTİKMİ BİZİM DƏRİMİZİ BU CÜR SOYURLAR

Düzdaş 2018-01-17 16:07:17

Görəsən ÖLKƏMİZİN qayğısını kim çəkəcək? Kimi hansı vəzifəyə təyin edirlər başlayır düzünə və ya dolayı yollarla Dövlətin əmlakını talamağa. Fazilin "qara kassiri" deyilən Faxraddin Qambarov vaxtilə sabiq Gəncə şəhər prokroru Hüseynağa Əlixanovun müavini idi. Özü də təmiz adam idi. Onun talançı vergiyığanlara qoşulub ölkəni talamaqda iştirakçılıq etməsi adamda təcüb doğurur.

vidadi goyce 2018-01-17 16:07:17

evin yixilsin duz bagarsaq

Son yazılar