5 ULDUZLU OTELLƏR, SİQARET, TƏKƏR ZAVODLARI... - Sabiq nazirin Ukraynadakı biznesi

Sabiq vergilər nazirinin Ukraynanın erməni əsilli naziri ilə əlaqələri haqda iddialar var

trend_fazil_mammadov_041012Sabiq vergilər naziri Fazil Məmmədovun dövlətdən oğurladığı vəsaitlər hesabına yiyələndiyi əmlaklarının siyahıya alınması prosesi davam edir. Onun ölkədən çıxardığı 4 milyard yarımlıq “qara pul” qaçaqçılığına görə təftiş aparılır, mal-mülkü müəyyənləşdirilir.

Sabiq nazirin kurort məkanları ilə tanınan ölkələrdən bir çoxunda biznesləri müəyyən edilib. Belə xəbərlər var ki, Fazil Məmmədov Azərbaycan istisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var.

Картинки по запросу 11 Mirrors Design Hotel kiev

Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrodan başlayır. Bir qədər aralıda, Puşkin küçəsindəki “Vladimirski” bazarı da Azərbaycanın sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Fazil Məmmədov Ukraynadakı bizneslərinə toxunulmazlıq statusuna Ukraynada yüksək çinli məmurlarla işbirliyi və dostluq münasibətləri saxlamaqla nail olub. Bu məmurlar sırasında azərbaycanlılara qarşı xüsusi qəddar münasibəti ilə seçilən Ukraynanın daxili işlər naziri, erməni əsilli Avakov da var. Hətta Fazil Məmmədovun Avakovla yaxşı biznes əlaqələrinin olduğu da deyilir. Ukraynadan əlavə onun Gürcüstanda, Türkiyədə biznes şəbəkələri var. Bu şəbəkələr hamısı üzə çıxarıla bilər.

Картинки по запросу mir otel truskavec

Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə olduqca lüks hoteli haqda da yazmışdıq. Həmin hotel “Mir” adlanır. Bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir Rezort Spa” öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”. Truskovetsin ən yaxşı hotellərindən hesab olunan “Mir” hoteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu hotelə üz tutur. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir.

Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir. Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.

Yada salaq ki, Fazil Məmmədov ötən il dekabrın 5-də qəfil vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi. Artıq 1 aydan çoxdur ki, Fazil Məmmədov işsizdir. Rəsmi olaraq onun işdən çıxarılmasının səhhəti ilə əlaqəli olduğu açıqlansa da, bu təqdimata inananlar azdır. Heç Fazil Məmmədovun özü də bu təqdimatla razılaşmır. O vəzifəsindən çıxarılandan 2 gün sonra bu xəbəri yalanlamışdı. Demişdi ki, iddia edildiyi kimi ağır xəstə deyil, az xəstədir. Yəni Fazil Məmmədov işində qalıb davam edə biləcəyi mesajını çatdırmışdı. İşdən çıxarıldığı ilk günlərdə Fazil Məmmədovun çevrəsinin onun səfir göndəriləcəyi ilə bağlı xəbərlər yayması da onun xəstə olmadığını bir daha təsdiqləmək üçün ortaya atılan informasiyalardan idi. Fazil Məmmədovu səfir göndərmədilər, əvəzində təftiş edirlər. Bu təftiş prosesi Fazil Məmmədova yaxşı heç nə vəd etmir.

635x100

Şərhlər

Hasan 2018-01-17 11:55:49

Azerbaycanda bütün Nazir ve memurların veziyyeti Fazil Memmedovdan heç de, ferqlenmir. Hamısı "yalan ve talan" prinsipi ile işleyirler. Sadece vezifeden kenarlaşdırılandan sonra onların etdikleri cinayetlet yada düşmeye başlayır.

G.M 2018-01-17 11:55:49

F.Məmmədov Nazir olsa da heç vaxt müstəqil adam olmuyub.bu qədər mal-mülkə də sahiblənə bilməzdi..bu nədənsə Gözəl Bayramlının sumkasından çıxan 10 000Evroya oxşuyur.Görəsən bu boyda əmlakı Fazilin ``sumkasına`` nə məqsədə atıblar)))))))))))

Elman 2018-01-17 11:55:49

Milli sərvətimizi, milyardlarımızı belə haramxor,dələduz məmurlar öğurlayıb milyoner miyorderlər olublar. İnsanlar isə çörək puluna möhtacdırlar. Borc içində batıb gedir məhv olur. Özünü yandıran, binalardan atan, maşın qatar altına atan, ürəyi partlayanlar isə bu qeyri insani milləti talayanların günahlarının nəticəsidir. Bunlar kimdirlər,bizdəndirlərmi? başqa düşmən olmasa da bu yaramazlar bir millət kimi bizi məhv edir. Əsl genosiddi. Ya erməni ya da millətini bu cür talayıb pis günə qoyanlar-eynidirlər

-- 2018-01-17 11:55:49

Fazil Məmmədovla Kəmaləddin Heydərovun cooox yaaaaxshiii münasibətləri var.

ABDULQADIR 2018-01-17 11:55:49

F.MEMMEDOVU ....BIRLIKDE GÖNDERSINLER YANIMA.PULLARIN,OBYEKTLERIN VE S.YERINI DEYIM NE HARDA VE KIMDEDIR.

orxan 2018-01-17 11:55:49

fazil memmedov sahibkarlarin 1 nomreli dusmenidir o cezasin cekmelidir o eldar mahmudovdan da dehsetli insandir .olkeden diderkin dusmus sahibkarlarin celladidir

Sakit 2018-01-17 11:55:49

Görəsən Fazil Məmmədov YAP-n üzvüdür? Ona partiya bileti qənim olsun.Belələrinə görə Sirquş müəllim o günə düşüb.Necə olub ki,YAP-n uzaqgörənliyi bunları tanımayıb.Vallah bu partiyanın (YAP)üzvülərində bir dənə olsun belə düzəməlli adam yoxdur?Əgər varsa, buyurun göstərin.Azərbaycan o qədər də böyük ölkə deyil.Ona görə bütün məmur və ya başqaları haqqında cəmiyyətdə kifayət qədər məlumat var.Şəxsən mən istəyirəm kimisə tərərif edəm,qabağıma onun haqqında elə dəlillər qoyurlar ki, qalıram caş-baş.

Arzudan G.M-ya 2018-01-17 11:55:49

Əziz Dostum, Niyə sahiblənə bilməzdi? balaca peraşki budkasından tutmuuuuş özəl klinikalara qədər ... qanlarını "əmən" kim idi?

KENGERLI.. 2018-01-17 11:55:49

Fazil ele bir sistem qurmushduki tikinti ucun mal-material satanlar senet vermirdiler mecbur olurdun bashqa shirketlerden 4-5faize senet alirdin.Tikinti teshkilatlarini cinayete surukleyirdi Tikinti shirketleri EDV-ni hesabatla odeyirdiler.Ilin axiri(dekabrda) yoxlama gelirdi shirketlerden 4-5faize alinan senetleri qebul etmirdi ve EDV-hesabatindan legv edirdi neticede EDV-ye borc yaradirdi cinayet ve sanksyalarla hedeleyirdi, qorxudurdu.Tikinti shirketinden ish hecminin 5-6faizini 400-500 min rushvet alird

Son yazılar