ADIF “Dəmirbank”a borcu olanlara müraciət edib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmirbank” ASC qarşısında borc öhdəliyi (krediti) olan fiziki və hüquqi şəxslərə müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, ödənişləri köçürmə yolu ilə bankın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablarına, nağd qaydada isə bankın baş ofisinə və filiallarına, “DəmirPay” ödəniş terminallarına etmək olar.

Ətraflı məlumat üçün “Dəmirbank”ın Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanındakı “Əməliyyat İdarəsi” filialına müraciət etmək lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar