«ABŞ Suriya sərhədində silahlı dəstələr yaratmayacaq» - Ankara

«AzPolitika.info»-nun xarici KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Pentaqonun başçısı Ceyms Mettis onunla görüşdə ABŞ-ın Suriya ərazisində «sərhəd təhlükəsizliyi qüvvələri» yaradacağı barədə yayılmış informasiyanı təkzib edib.

«Mettis inandırdı ki, bu məsələni şəxsən özü izləyəcək» - deyə, «Anadolu» agentliyi Çavuşoğlundan sitat gətirir.

Nazirlərin görüşü Kanadanın Vankuver şəhərində, Koreya yarımadasında təhlükəsizlik və sabitik üzrə keçirilən sammitdə baş tutub.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu ABŞ-ı Suriyada atacağı addımlardan çəkinməyə çağırıb. Nazir, addımların Ankara ilə münasibətlərdə böhrana səbəb olacağını Mettisin nəzərinə çatdırıb.

Çavuşoğlu xatırladıb ki, Vaşinqton Ankaranı inandırmağa çalışır - Suriya kürdlərinin özünümüdafiə qüvvələri (YPG) ABŞ-ın «strateji həmkarı» deyil və onunla əməkdaşlıq «İslam dövləti» adlı qruplaşma ilə mübarizə aparmaq istiqamətində müvəqqəti xarakter daşıyır (belədirsə, o zaman aydın olur ki, ABŞ kürdləri sadəcə, aldadır! - red.).

«Əgər siz, YPG-ni - Kürdüstan Fəhələ Partiyasının (KFP) Suriya qolunu - strateji həmkar hesab etmirsinizsə, o zaman onları dəstəkləməyi dayandırın, Suriyaya göndərmiş olduğunuz və YPG-yə çatdırılmış silahları geri qaytarın və sonradan, onları ABŞ arsenalına təhvil verin» - deyə, Çavuşoğlu qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın vədlərinə skeptik yanaşmaq üçün Türkiyənin yetərincə əsası var. Nədən ki, ABŞ dəfələrlə öz vədini pozub - bu, YPG qüvvələrinin Mənbicdən çıxarılmasına və Rakka əməliyyatına aiddir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar