PREZİDENT ADMİNSTRASİYASINA YENİ ŞÖBƏ MÜDİRİ TƏYİN OLUNDU - Sərəncam + FOTO

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təyin edilib.

Qeyd edək ki, Etibar Nəcəfov yeni təyinata qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

635x100

Şərhlər

t.ədalət 2018-01-17 18:04:40

Təəssüf ki vəzifəyə irəli çəkilənlərin,deputat seçilənlərin tərcüemeyi-halında cəbhə xəttində vətənə xidmət etmək haqqında heç nə yoxdur.Bəlkə də ona görə vəzifəyə təyin olunanlar təyinat aldığı işi doğrulda bilmirlər.Vətən üçün həyatını təhlükəyə atmayanlar fərarilərdir.Fərari isə hər yerdə fəraridir.

Son yazılar