Kaliforniyada «Müstəqillik bəyannaməsi» dərc olunub

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Kaliforniyadan (ABŞ) olan bir qrup fəal bəyan edib ki, Amerikanın bu ştatı tiran rejimi tərəfindən idarə olunur və sakinlərə, «qollarındakı qandalı» qırıb tullmağa çağırış edib.

Onlar Kaliforniya ştatını iki ştata bölməyi təklif edirlər. Fəvallar həm də necə deyərlər, «Yeni Kaliforniya»nın müstəqillik Bəyannaməsini dərc ediblər.

«USA Today» nəşrinin məlumatına görə, təklif olunan 51-i ştata böyük nisbətdə, kənd təsərrüfatı əraziləri və Sakit okeanın sahil əraziləri daxil olmalıdır.

Yeni dövlət qurumunun «bani»ləri Bəyannaməni oxuyaraq, ştat rəhbərliyini bölgəni idarəolunmaz hala gətirmiş uğursuz iqtisadi siyasət yeritməkdə günahlandırıblar.

«Hazırkı Kaliforniya ştatı tiran rejimi tərəfindən idarə olunur... Yeni Kaliforniya - inkişaf prosesində yeni ştatdır» - deyə, sənəddə qeyd olunub.

Bəyannamə müəllifləri qeyd edirlər ki, Yeni Kaliforniyanın əhalisi 15 milyon nəfər təşkil edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar