Detroytun yaxınlığına meteorit düşüb - Zəlzələ əmələ gətirib!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, meteoritin düşməsi səbəbilə, səmada görünmüş parlaq işıq Detroyt (Miçiqan ştatı) sakinlərini qorxuya salıb.

ABŞ Milli meteoroloji xidmətinin «Tvitter»də verdiyi məlumata görə, kosmik obyekt Nyu-Heyven adlı kiçik yaşayış məntəqəsinin 8 kilometrliyinə düşüb. Bu məntəqə Detroyt şəhərinin şimal-şərqində yerləşir. Kosmik obyektin düşməsi ərazidə maqnitudası 2.0 təşkil edən zəlzələ əmələ gətirib.

«Əldə olunmuş məlumatların analizindən sonra, Milli meteoroloji xidmət partlayış və işıqlanmanın ildırım və göy gurultusu olmadığını təsdiqləyə bilər. Böyük ehtimalla, meteorit olub» - xəbərdə bildirilir.

İnsident əhəmiyyətli dağıntı və zərəçəkmişlər olmadan ötüşüb, bununla belə, şahidlərin kəskin reaksiyasına səbəb olub. Onlarin bir çoxu meteoritin düşməsini videoya ala bilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar