Bolqarıstanın Baş naziri Rusiya ilə münasibətləri tənzimləməyə çağırıb

Boyko_Borisov_260213«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Bolqarıstanın Baş naziri Boyko Borisov Avropa parlamentinin plenar sesiyasındakı çıxışında Avropa İttifaqı (Aİ) və Rusiya münasibətlərini şərh edib.

Onun sözlərinə görə, Rusiya mühüm həmkardır və buna görə də normallaşma prosesinə başlamaq qaçılmazdır, hərçənd bunun uğurlu olacağına zəmanət yoxdur.

«Biz, Rusiya ilə münasibətləri normallaşdırmağa borcluyuq - Rusiya bizim ən böyük qonşumuzdur» - deyə, Avropa komisiyasının mətbuat xidməti Borisovdan sitat gətirir.

Onun sözlərinə görə, bu məsələdə proqresə nail olmaq üçün Aİ-nın bütün üzv ölkələrinin əməkdaşlığına ehtiyac var.

«Biz, avrokomisar Günter Ettingerlə, Avrokomisiyanın sədri Jan-Klod Yunkerlə və Avroparlameniin sədri Antonio Tayani ilə birlikdə, artıq bunun üzərində işləməyə başlamışıq» - deyə, Bolqarıstanın Baş naziri qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar