İsa Qəmbər xəstəxanadan evə buraxılıb - FOTO (Yeniləndi)

Sabiq Müsavat başqanı İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılıb.

Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov bildirib ki, İ. Qəmbərin səhhəti yaxşıdır, müalicəsini ev şəraitində davam etdirəcək.

"Mərkəzi Klinikadan ayrıldıq. Firdövsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər!" - deyə, İsa Qəmbər "Facebook"da yazıb.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib.

Onun ürəyinə bir neçə stent qoyulub.

***

İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılacaq.

Bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov məlumat verib.

Həkim qeyd edib ki, İ. Qəmbərin səhhəti yaxşıdır, o müalicəsini ev şəraitində davam etdirəcək.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.

635x100

Şərhlər

Cabir 2018-01-18 12:55:54

Məlumr yazan jurnalistlər İsa bəyin infarkt olduğunu yazmışdılar.İnfark xəstə də 3-5 gündən sonra gəzə bilər?Jurnalistlər anlamadıqkarı şeyi niyəmətbuata verirlər? Bunun bir nəzarəti varmı7Allah İsa bəyə can saqlığı versin.amma jurnalistlərin ajiotaj yaratmaq xatirinə yalanları bağışlanmazdır.

Son yazılar