Sülhəddin Əkbər Rəsul Quliyevdən ayrılaraq yeni partiya yaratdı?

“Doğru Yol” partiyasının qurulması üçün təşkilat komitəsi yaradılıb

Açıq Cəmiyyət Partiyasının sədr müavini Kəramət Salayev avqustun 31-i gecə saatlarında Azərbaycanda yeni siyasi partiya quruculuğuna başlanıldığı haqda məlumat yayıb. K.Salayev Facebook sosial şəbəkəsində belə bir satatus paylaşıb:

“31 avqust saat 23:25

Doğru Yol Partiyasının yaradılması üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi formalaşdı! Xalqımız, dövlətimiz üçün xeyirli uğurlu olsun! Yolunuz açıq olsun, dostlar!”

AzPolitika.info xəbər verir ki, ACP-nin sədr müavininin paylaşdığı bu status sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi şərhlərdə yeni partiya quruculuğunun arxasında hazırki ACP sədri Sülhəddin Əkbərin durduğu bildirilib.

Qeyd edək ki, K.Salayev əvvəllər Müsavat Partiyasının üzvü olub. Sülhəddin Əkbər bu partiyadan istefa verəndə o da Müsavatın sıralarını tərk edib. Daha sonra S.Əkbərlə birlikdə ACP-yə üzv olan Salayev bu partiyanın sədr müavini vəzifəsinə irəli çəkilib.

Son vaxtlar isə Sülhəddin Əkbərlə ACP-nin lideri Rəsul Quliyevin arasında münasibətlərin pisləşdiyi haqda məlumatlar yayılıb. ACP-dəki mənbələr deyir ki, seçkiyə qatılmaq ümidləri dağılan R.Quliyev partiyanın maliyyələşməsini dayandırıb və həmişəki kimi uğursuzluğun məsuliyyətini partiyanın Bakıdakı rəhbərinin üzərinə qoymağa çalışır. Bu baxımdan, mümkündür ki, “Doğru Yol” adlı partiyanın quruculuğu işinin arxasında həqiqətən də S.Əkbər var.

R.Əliyev

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar