MAHMUDOVUN CİNAYƏT ORTAĞI HƏBS EDİLİB BAKIYA GƏTİRİLDİ - 30 milyon manat mənimsəyib

Yanvarın 17-də hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət ortaqlarından biri Sahib Ağayevi Qazaxıstanda saxlayaraq, Bakıya ekstradisiya ediblər. Bu barədə virtualaz.org-a Azərbaycanın hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr məlumat veriblər.

Sahib Ağayev pulların yuyulmasında və iri məbləğin mənimsənilməsində ittiham olunur. Öz ortağı ilə birlikdə S.Ağayev Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb.

İstintaq S.Ağayevi 30 milyon manatın mənimsənilməsində ittiham edir. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada da ittiham edilir.

E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Xatırladaq ki, son günlər ərzində S.Ağayev Hacıyev-Mahmudov işi üzrə saxlanılmış ikinci axtarışda olan şəxsdir. Yanvarın 13-də Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin yaxın tərəfdaşlarından biri Emin sadiq Azərbaycana ekstradisiya edilib.

635x100

Şərhlər

Farid 2018-01-18 16:14:32

Bunlarin tutulmaqinnan milletin maashi ve ish yerleri artir beyem?Bosh bosh camaata multfilm gesteriller. Hec utanmirlar. Cox ayib olsun pensiya verir 130azn. Kakoy to nazir milliardnan pul cixardir hec kim germyr. Gylmeli yox lap olmelidir.

AAgahuseyn 2018-01-18 16:14:32

Mənim təqaüdüm son 3-ildə bir AZN də artmayıb.

BAKOLO 2018-01-18 16:14:32

Geresen bu millet ne vaxtsa ayilacaq

pensiyaçı 2018-01-18 16:14:32

Bu miqdarda pulları YAP=çılar dağıdırlar,amma uzun illər dövlətə işləyən,pensiyada olan və təyin olunan pensiya ilə zorla yaşayanlra verdikləri məbləğə bax! Qiymətlər 30-50 faiz artır,manat iki və daha çox dəfə ucuzlaşır, bunun qarşılığında pensiya 4-5 fiz artırılır. Bəs insanlar necə yaşasınlar? Ayıb ! YAP ölkəni belə saxlayır.

G.M 2018-01-18 16:14:32

Anoloqu olmayan istintaq.``Quldurbaşları`` azadlıqda,``qulbeçələr`` həbsxanalarda,istintaqda... hamısı da etiraf edirlər ki,əmr icra ediblər... Hələ Dünya tarixində belə bir əcaib təcrübə olmuyub.Ki,göstəriş verən Azadlıqda,icra edən zindanda olsun.

Son yazılar