Rusiyada milyondan artıq həmvətənimiz səsvermədən məhrum edildi

Moskvada səsvermədə cəmi 1500 Azərbaycan vətəndaşının iştirakı nəzərdə tutulub

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin binasında səsvermə başlayıb. APA-nın məlumatına görə, yerli vaxtla saat 08:00-da açılan məntəqəyə artıq seçicilərin gəlişi başlayıb. Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu APA-ya açıqlamasında bildirib ki, səsvermədə Moskvada konsulluq qeydiyyatında olan 1500 Azərbaycan vətəndaşının iştirakı nəzərdə tutulub: “Lakin səsvermədə iştirak edənlərin sayının bu rəqəmdən çox olacağı gözlənilir. Konsulluq qeydiyyatında olan 1500 Azərbaycan vətəndaşından başqa, digər Azərbaycan vətəndaşları da səsvermədə iştirak edir”.

Azərbaycanın Rusiyadakı səfirliyinin binasında keçirilən səsvermə Moskva vaxtı ilə saat 19:00-da başa çatacaq.

Qeyd edək ki, Polad Bülbüloğlununu açıqlaması Rusiyada milyondan artıq həmvətənimiz səsvermədən məhrum edilməsinin təsdiqidir. Elə buna görə də yalnız Moskvada və Sankt-Peterburqda secki məntəqəsi açılıb və orda da yalnız konsulluq qeydiyyatında olanların səsverməsinə şərait yaradılıb.

Hakimiyyət onun siyasəti ucbatından vətəndən didərgin düşən insanları səsvermə hüququndan da məhrum edib.ONLARINI SƏSİNİ BURDA SAXTALAŞDIRMAQ ÜÇÜN...

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar