Türkiyə tanklarını sərhədə cəmləyir! - ABŞ-ınn Suriya əməliyyatına görə...

«AzPolitika.info»-nun arici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə ölkənin Baş qərargahına istinadla, «Anadolu» agentliyi xəbər verib.

Qeyd olunur ki, Ankara Suriyanın Afrin rayonunda yaranmış vəziyyəti milli təhlükəsizliyə təhdid hesab edir və bu səbəbdən dolayı, Suriya iə sərhədə zirehli texnika cəmləşdirir.

Söhbət, artıq Hatay sərhədyanı əyalətinə gətirilmiş 9 tankdan gedir. Tanklar Türkiyə silahlı qüvvələrinin müxtəlif hissələrindən götürülüb. Əməliyyat gücləndirilmiş təhlükəsizlik tədbirlərinə əməl olunmaqla həyata keçirilir. Məqsəd, Suriya sərhədində toplanmış Türkiyə hərbi birləşmələrinin gücləndirilməsindən ibarətdir.

Bundan əvvəl, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan etmişdi ki, ölkəsi Birləşmiş Ştatlar tərəfindən yaradılmaqda olan «təhlükəsizlik qüvvələri»ni hələ «rüşeyim halında» ikən məhv etməyə hazırlaşır. Onun sözlərinə görə, Türkiyə ordusu hər an Suriyanı Afrin sərhədyanı rayonunda hərbi əməliyyata başlaya bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar