«Krım üçün siqnal» - Poroşenko Donbasın «işğaldan qurtulması» qanununu belə adlandırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Ukraynanın Prezidenti Pyotr Poroşenko Ali rada tərəfindən qəbul olunmuş «Donbasın reinteqrasiyası haqqında» qanunu şərh edib.

«Biz, işğal olunmuş Ukrayna ərazilərinin işğaldan azad olunması üçün siyasi-diplomatik «yol salmaq»da davam edəcəyik. Bu - mənim təşəbbüsümlə Ali rada tərəfindən qəbul olunmuş qanunun açar siqnalıdır. Bu - həm Donbas, həm də Krım üçün siqnaldır: onlar - Ukraynanın ayrılmaz hissələridir» - deyə, Ukrayna lieri özünün «Tvitter»ində yazıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Ali radada Prezident tərəfindən təqdim olunmuş «Ukraynanın dövlət suverenliyinin müvəqqəti işğal olunmuş ərazilər olan Donbas və Luqansk vilayətlərində təmin olunması istiqamətində dövlət siyasətinin xüsusiyyətləri barədə» qanun layihəsi birinci və ikici oxunuşlarında 280 deputat tərəfindən dəstəklənib. Qanunun birinci oxunuşu hələ ötən ilin okyabrında baş tutub. İndi isə onu parlamentin sədri və dövlət başçısı imzalamalıdır.

Bundan başqa, sənəd həm də Rusiyanı rəsmi olaraq, «işğalçı dövlət» kimi tanıyır.

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-01-18 21:10:20

Bu adamın görkəımi daimi olaraq sərxoş adamın təsirini bağışlayır. Ona görə də bu qanundan bunun xəbəri yoxdur. qanun ABŞ tərəfimdən təqdim olunub və birmənalı da qəbul olunub. Ukrayna kimi nəhəng bir ölkəni dilənçi kimi əl açmağa vadar ediblər.

Son yazılar