«Pakistan ABŞ-dan kömək istəməyəcək!» - Pakistan XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Pakistanın xarici işlər naziri Mühəmməd Asif bəyan edib ki, ölkəsi heç vaxt milli maraqlarından geri çəkilməyəcək və Birləşmiş Ştatların köməyi olmadan da keçinə bilər.

Cümə axşamı Senatın beynəlxalq məsələlər komitəsi (Pakistan parlamentinin yuxarı palatası - red.) qarşısında çıxış edən nazirin sözlərinə görə, Pakistan Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi və siyasi rəhbərliyinə aydın şəkildə izah edib ki, hər-hansı köməyə ehtiyacı yoxdur.

«ABŞ özünün uğursuzluqlarına görə, Pakistanı günahlandırmamalıdır. Pakistan heç vaxt özunün milli maraqlarından geri çəkinməyəcək və heç kimin köməyi olmadan da yaşamaq gücündədir. Pakistan, Birləşmiş Ştatlarla münasibətdə balansa can atır» - Asif bildirib. Bu zaman o, əlavə edib ki, guya, terrorçuları dəstəklədiyinə görə, ölkəsinə yönəlik ittihamlar Vaşinqtonun «Əfqanıstandakı uğursuzluqlarına görə, məsuliyyəti özgənin üzərinə qoymaq» cəhdinlən başqa bir şey deyil.

Ötən həftə Pakistanın müdafiə naziri Xürrəm Dastgir Xan isə bəyan edib ki, onun ölkəsi hərbi və kəşfiyyat xətti üzrə ABŞ-la əməkdaşlığı dayandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar