Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər

ATƏT Minski Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.

Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar