Hacıqabulda avtoqəzada sürücü ağır yaralanıb

Dərc olunub: 18/01/2018 - 22:58

1Bakı-Qazax magistralında minik maşını yük maşını ilə toqquşub, sürücü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində avtoqəza baş verib. Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1984-ci il təvəllüdlü Nuruşov Usubəli Azad oğlunun idarə etdiyi “Merсedes” markalı 99 FN 649 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə “Merсedes” markalı avtomobilin sürücüsü ağır xəsarətlərlə Şirvan mərkəzi şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

“KamAZ” markalı avtomobilin sürücüsü avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aprılır.


loading...




Fikrinizi bildirin