«Yüksək səviyyədə Aİ-Türkiyə görüşü olacaq» 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) və Türkiyə mart ayında yüksək səviyyəli Aİ-Türkiyə görüşü keçirməyi planlaşdırır. Brüsseldəki diplomatik mənbələrə istinadla, xəbəri «Welt» qəzeti yayıb.

Nəşrin məlumatına görə, Brüssel Ankara ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Görüşdə müzakirə olunacaq əsas mövzular beynəlxalq terrorçuluqla mübarizə, miqrasiya siyasəti, energetik problemlər və ölkələr arasında tələbə mübadiləsi məsələləri olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdə Avrokomisiyaın sədri Jan-Klod Yunker, Avropa Şurasının başçısı Donald Tusk, Avropa parlamentinin sədri Antonio Tayani, Bolqarıstanın Baş naziri Boyko Borisovun iştirakı planlaşdırılır.

Görüşün yeri və dəqiq tarixi barədə hələlik məlumat yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar