Qəbiristanlıqlar barədə qanunda dəyişiklik edildi

Dərc olunub: 19/01/2018 - 00:00

01879“Bələdiyyələrin statusu haqqında” qanuna edilmiş dəyişikliklər təsdiq edilib.Axar.az xəbər verir ki, qanunun 4-cü maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1. İkinci abzasda “abadlaşdırılması” sözü “saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz edilsin və həmin abzasda “mərasim” sözündən sonra “və dəfn” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.”.


loading...




Fikrinizi bildirin