ABŞ Türkiyəni YPG ilə yox, İŞİD-lə mübarizə aparmağa çağırıb

qosdepABŞ Dövlət Departamenti Türkiyəni Vaşinqtonun dəstəklədiyi Suriya kürdlərinə qarşı yox, İŞİD terrorçularına qarşı mübarizəyə çağırır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

X.Nauert ABŞ-ın Suriyada “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq fikrində olmadığını bildirib. Onun sözlərinə görə, Ankaranın sərt reaksiyasına səbəb olmuş bu məsələ səhv təqdim edilib, kürdlərə dəstəyin əsas məqsədi İŞİD-dən zad edilmiş ərazilərin təhlükəsizliyini təmin etməkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar