Rusiyada 9-cu sinif şagirdi məktəbə balta ilə hücum edib

Rusiyanın Buryatiya Respublikasının Ulan Ude şəhərində 9-cu sinif şagirdi məktəbə balta ilə hücum edib.

APA-nın xəbərinə görə, bu gün səhər şəhərin 5 saylı orta məktəbində yeniyetmə 7-ci sinif şagirdlərinə hücum edib, onlara balta ilə xəsarət yetirib və sinif otağını yandırıb.

Buryatiya Respublika Prokurorluğunun məlumatında bildirilir ki, insident nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 3 nəfərin, o cümlədən müəllimin vəziyyəti ağırdır.

Hücum edən şəxs özünə də xəsarət yetirib. O da xəstəxanaya yerləşdirilib.

Bəzi məlumatlara görə, məktəbə hücum edənlər üç nəfər olub. Onlardan ikisi hadisə yerindən qaçıb gizlənib.

Faktla bağlı iki və daha artıq şəxsə qəsd maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin səbəbi araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar