"20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb" - Aydın Əliyev

Azərbaycanda ötən il 20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

"Onlardan 10 nəfəri ilə bağlı birbaşa prokurorluq orqanlarına şikayət olunub, digər 7 nəfərlə bağlı isə Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb", - DGK sədri bildirib.

Bununla yanaşı, A.Əliyev əlavə edib ki, hesabat ilində Apellyasiya Şurasına gömrükdən şikayət daxil olmayıb, 2 770 kq-dan çox narkotik maddə və psixotrop maddələr aşkar olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar