Ermənistan iqtidarı prezidentliyə namizədini elan etdi - FOTO

Ermənistanın hakim partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 19-da ölkə prezidenti Serj Sarqsyan hakim Respublikaçılar Partiyasının prezidentliyə namizədinin Armen Sarqsyanın olacağını bildirib.

Qeyd edək ki, A.Sarqsyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dlvət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. A.Sarqsyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib.

2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir.

64 yaşlı A.Sarqsyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb. Xaricdəki erməni lobbisinin də onun prezidentliyə namizədliyini dəstəklədiyi bildirilib.

Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” Holdinqin sahibidir.

635x100

Şərhlər

Bashirov Qarib 2018-01-19 13:29:47

AY taliw, bu azat oglu deyil, vartanin ogludur.Bu ermenistan ermenisidir,Kembricde ders deyib.senin anladigin kimi diger ermeni prezidentleri kimi,Azerbaycan vetendashi olmayib,toretdikleri vehshiliklerle fexr etmeyib.Bu ermenistanda yumshaq hakimiyyet deyishmesidir.Demokratiyadir.Rusiya imkan verse, bu sechilse, ermenistan AI yolunu tutacaq.Bu ise bizim xeyrimizedir. Avropa defelerle bizim haqq ishimizi senedler qebul etmekle mudafiye edib.7 royonumuzu ishgaldan azad etmese, Avropanin yollari baglidir.

Taliw 2018-01-19 13:29:47

pahhhhhh, Ermenistanda demokratiya var??? hamisi oyundur, o sarkisyam bu sarkisyan qardawdir, hakimyet qardawdan qardawa kecir, ermeniler qoy melesin olsunlar. , ne qtselerde bize cata bilmezler, ne bizdeki kimi deokratiya,ne bizdeki kimi secki , xalqin oz secimi filan zad olan deyil...

Bəhram Qarabağlı 2018-01-19 13:29:47

İllər sonu nəhayət, (Azərbaycan vətəndaşları-etnik Qarabağ terror-mafiyozları əvəzinə) Ermənistanın öz vətandaşının Prezident seçilmə şansı yaranıb.

Taliw 2018-01-19 13:29:47

pahhh ay Qeribbbb seni qalmayasan qerib, evvela men meze piqqildatdim sen tutmadin, sonra naqillarada az inanin avropa firengistan,fitilbork hamisi bow weydir

asim 2018-01-19 13:29:47

Necə oldu ki,ermənistan prezdentləri bizim vətəndaşlarımız ola-ola ağır cinayətlər etdilər, amma Azərbaycan hakimiyyəti onlara cinayət işi açmadılar? Yaqin vaxt gələcək ki,bu sual öz cavabını tapacaq.

Son yazılar