YAP üzvlərinin sayı açıqlanıb

"Yeni Azərbaycan Partiyasının (YAP) sıralarının genişlənməsi ötən il ərzində də davam edib, il ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib".

APA-nın YAP-ın saytına istinadən verdiyi məlumata görə, baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın İdarə Heyətinin yanvarın 19-da keçirilmiş növbəti iclasında deyib.

O bildirib ki, partiya üzvlərinin sayı 710 min nəfəri keçib.

"Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib", - deyə Ə. Əhmədov qeyd edib.

635x100

Şərhlər

Akif 2018-01-19 19:30:14

YAPın sayı saxtadır.Çünki onun üzvləri arasında vəfat etmiş vətəndaşlar da var. Bundan başqa vaxtilə dövlət təşkilatlarında işləmiş və hazırda təqaüddə olan çoxsaylı vətəndaşlar, o cümlədən müəllimlər, tibb işçiləri, mühəndislər formal olaraq YAPın siyahısında saxlanılıblar.

cumbulu 2018-01-19 19:30:14

YAP-ın özü başdan-ayağa kimi qurduqları "ataloqsuz dövlətlə" birlikdə yalandır!! YAP-ın əsas ideyası "dədələrinin malı olan" nöyütün pulunu tamamilə dağıtmaqdır!!

Son yazılar