Bakı Apellyasiya Məhkəməsinə ayrılan büdcə vəsaitinin istifadəsi yoxlanılıb

Dərc olunub: 19/01/2018 - 15:53

hesablama_palatasi_51513777226Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Kollegiyada dövlət büdcəsindən Bakı Apellyasiya Məhkəməsinə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə hesabatalar dinlənilib.

“Report”un Palataya istinadən verdiyi xəbərə görə, bundan başqa, dövlət büdcəsindən Serbiyaya verilmiş kreditlərin kredit sazişinin şərtlərinə uyğun olaraq ayrılması və xidmət edilməsinə dair təhlilin nəticələri müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilərək müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının 2018-ci il üçün İş Planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.


loading...




Fikrinizi bildirin