Rusiya hərbçiləri Suriyanın Afrin rayonundan çəkilir

Rusiyanın 170 hərbçisi Türkiyənin antiterror əməliyyatı həyata keçirəcəyi Suriyanın Afrin bölgəsində çıxarılır.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, Azad Suriya Ordusunun döyüşçüləri isə 20 avtobusla Türkiyənin Öncüpınar sərhəd-keçid məntəqəsindən keçərək Hələb əyalətinin Afrin rayonu ilə həmsərhəd olan Əl-Bab və Münbiç yaxınlığındakı bölgələrə dislokasiya edilib.

Rusiya hərbçiləri yanvarın 19-da Bakı vaxtı ilə saat 18:00-da Afrinin mərkəzindən 17 km cənuba çəkiləcək.

Qeyd edək ki, yanvarın 18-də Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akra və MİT sədri Hakan Fidan Rusiyaya səfəri zamanı Suriyadakı son vəziyyəti, habelə Afrində başlanması ehtimal olunan antiterror əməliyyatını müzakirə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar